Xəzərdə polis şəhid fotoları əks olunan plakatları söküb? – Rəsmi


09.09.2019 17:41
65
Xəzərdə polis şəhid fotoları əks olunan plakatları söküb? – Rəsmi

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatları sökməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.


Ekspress.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.


O vurğulayıb ki, iddialar polisə qarşı təxribatdır, orda plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olmayıb, yalandır:


“Bu qərəzli məlumatı yayanlar nəzərə alsınlar ki, polis bu xalqın övladlarıdır, vətən uğrunda canı fəda edən şəhidlərimizin xatirəsi bizim üçün də əzizdir, müqəddəsdir.” (axar)


Ekspress.az



Açar sözlər:
  • SON XƏBƏR
  • TREND