Azərbaycanda “matryoşka” yumurta: içindən başqası çıxıb - FOTO


12.09.2019 16:42
68
Azərbaycanda “matryoşka” yumurta: içindən başqası çıxıb - FOTO

Qaxda təsərrüfatların birində qeyri-adi hadisə baş verib.


Ekspress.az xəbər verir ki, rayonun Cəlayir kəndində Qarayevlər ailəsinin həyətində toyuq ölçüsünə və çəkisinə görə fərqli yumurta yumurtlayıb. 


Yumurta normadan dörd dəfə böyükdür. Toyuğun sahibi Diləfruz Qarayeva bildirib ki, 30 ildir toyuq saxlayır, belə halla isə ilk dəfədir rastlaşır: 


“Bu yumurta məni və ailə üzlərimizi çox təəccübləndirib.Yumurta görünüşünə görə oval formasındadır. Ancaq digərlərindən çox böyükdür. Yumurtanı sındırdıqdan sonra içərisindən daha bir yumurta çıxdı”, - D.Qarayeva bildirib. 


Qax rayon Baytarlıq İdarəsinin rəisi Şövkət Babayev bildirib ki, bu hadisə patoloji hal hesab edilir və çox nadir hallarda baş verə bilər. Səbəbi isə toyuğun yumurtlama dövrünün gecikməsi ilə bağlıdır.












(oxu)


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND