Gürcüstan gələcəkdə Azərbaycan və Türkiyənin keçirdiyi təlimlərə qoşulacaq

12.06.2019 18:12
36
Gürcüstan gələcəkdə Azərbaycan və Türkiyənin keçirdiyi təlimlərə qoşulacaq

Gürcüstan gələcəkdə Azərbaycan və Türkiyənin keçirdiyi birgə təlimlərə maksimum şəkildə qoşulacaq.


Bunu iyunun 12-də Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən brifinqdə Gürcüstanın Müdafiə naziri Levan İzoriya söyləyib (Azərtac).


Görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə etdiklərini vurğulayan L.İzoriya qeyd edib ki, bugünkü görüş xalqlarımızın təhlükəsizliyi baxımından da önəmlidir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND