Azərbaycan güləşçisi Avropa çempionu olub

09.04.2019 16:23
220
Azərbaycan güləşçisi Avropa çempionu olub


Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.


Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb 79 kq çəki dərəcəsindəki təcrübəli pəhləvanın finalda güləşəcəyi rəqibi Rusiya təmsilçisi Ahmed Hacımaqomedovun zədəli olmasıdır. 


Həkimlər idmançının yarımfinalda aldığı zədəyə həlledici görüşə çıxmasına icazə verməyiblər. 


Ekspress.az