Portuqaliya UEFA Millətlər Liqasının ilk qalibi olub - YENİLƏNİB


10.06.2019 09:16
88
Portuqaliya UEFA Millətlər Liqasının ilk qalibi olub - YENİLƏNİB

UEFA-nın ilk dəfə təşkil etdiyi UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.


Ekspress.az xəbər verir ki, bu, "dördlər finalı"nın təşkilatçısı Portuqaliya yığmasıdır. Fernandu Santuşun baş məşqçi olduğu komanda finalda Hollandiyaya qalib gəlib - 1:0. Yeganə qolu 60-cı dəqiqədə Qonsalu Quedeş vurub.


Bununla da Portuqaliya millisi Santuşun rəhbərliyi altında ikinci titulunu əldə edib. Daha əvvəl bu komanda 2016-cı il Avropa çempionatında qızıl medal qazanıb.

Qeyd edək ki, bürünc medala penaltilər seriyasında İsveçrəni 6:5 hesabı ilə yenən İngiltərə sahib olub.


***

Bu gün UEFA Millətlər Liqasında 3-cü yer uğrunda və final oyunları keçiriləcək. 


Ekspress.az -ın məlumatına görə, Portuqaliyada təşkil olunmuş "dördlər finalı"nın həlledici görüşündə meydan sahibləri ilə Hollandiya yığması üz-üzə gələcək. Onların yarımfinalda müvafiq olaraq, üstələdikləri İsveçrə və İngiltərə milliləri isə 3-cü yer uğrunda matça çıxacaqlar. Bu komandaların hamısı A Liqasında qrup qalibi olub. 


İlk dəfə təşkil olunan Millətlər Liqasının qalibinə 71 sm-lik gümüş kubokdan əlavə, 7,5 milyon avro pul mükafatı veriləcək (report). Finalda uduzan komanda isə 6,5 milyon avroya sahib olacaq.


UEFA Millətlər Liqası


3-cü yer uğrunda görüş

17:00. İsveçrə - İngiltərə

Gimaraynş (Portuqaliya), "Estádio D. Afonso Henriques"


FİNAL


22:45. Portuqaliya - Hollandiya

Portu (Portuqaliya), "Estadio do Dragao"


Ekspress.az

  • SON XƏBƏR
  • TREND