“Qərbi Abşeron”da növbəti quyu qazılır - FOTO

19.06.2019 20:37
58
“Qərbi Abşeron”da növbəti quyu qazılır - FOTO

SOCAR AQŞ 10 saylı stasionar dəniz özülündən layihə dərinliyi 770 m olan 10 nömrəli quyuda qazma işlərinə başlayıb.


Bu barədə SOCAR-dan məlumat verilib.


Bildirilib ki, 10 nömrəli quyunun Qırmaki altı Lay Dəsti (QAD) horizontuna qazılması planlaşdırılır.


Bununla yanaşı, ilk dəfə olaraq “Qərbi Abşeron” yatağının tam potensialını aşkara çıxarmaq məqsədilə SOCAR AQŞ müasir beynəlxalq standartlara cavab verən avadanlıqlarla yataqda geoloji, geofiziki ölçü işlərinin aparılmasını və kern nümunələrinin götürülməsini həyata keçirəcək.


Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND