Azərbaycan Qran-Prisinin ilk yarış günü başlayır


26.04.2019 09:20
223
Azərbaycan Qran-Prisinin ilk yarış günü başlayır

Bu gün “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi start götürəcək.


Ekspress.az xəbər verir ki, sayca dördüncü dəfə təşkil olunacaq yarış 26 – 28 apreli əhatə edəcək və “Formula 1”in tarixinə 1001-ci mərhələ kimi düşəcək. Bu isə yeni eranın başlanğıcı deməkdir. Artıq dünən azarkeş zonalarının və trekin qapıları açılıb. Dörd günlük bilet sahiblərinin Pit Leyn gəzintisinə çıxıblar...


Bakıda baş tutan əvvəlki 3 yarışdan 2-də Almaniyanın “Mercedes” komandasının pilotları rəqiblərini qabaqlayıblar. Artıq karyerasını başa vurmuş almaniyalı Niko Rosberq yeganə dünya çempionluğunu qazandığı 2016-cı ildə, britaniyalı beşqat dünya çempionu Lüis Hemilton ötən il birinci olub. Hazırda Fransa “Renault”nun heyətində yer alan avstraliyalı Daniel Rikkardo isə 2017-ci ildə Avstriya “Red Bull”nun sükanı arxasında finiş xəttini hamıdan tez keçib.


Yeni mövsümün ilk üç mərhələsində Almaniyanın “Mercedes” komandasının pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.


Reqlamentə əsasən, yarışda ilk 10 yeri tutan pilotlara ardıcıllıqla 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal verilir. Ən tez dövrə vuran və yarışı “10-luq”da tamamlayan sürücü üçün isə əlavə 1 xal nəzərdə tutulub. DNF – finişə çata bilməyib.


Yarışda ilk 10 yeri tutan pilotlara ardıcıllıqla 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal verilir. Komandanın sürücüsü ən tez dövrə vursa və yarışı “10-luq”da tamamlasa, əlavə 1 xal yazılır.


“Formula 1” üzrə Azərbaycan Qran-prisi çərçivəsində Bakıda “Formula 2” yarışları da baş tutacaq. Bundan başqa, pilotların avqoqraf sessiyaları, məşhur müğənnilər Cessi Cey və Cardi B-nin konsert proqramları olacaq. Birinci səhhətinə görə Azərbaycana gələ bilməyən Sem Smiti əvəzləyib (report). Əyləncə gecələrində tanınmış DJ-lər də çıxış edəcək. “Elektra Events Hall”da 4 əcnəbi DJ məharətini nümayiş etdirəcək. Aprelin 26-da türkiyəli Mahmut Orhanla ukraynalı Ciqan, 27-də almaniyalı Robin Şults, ertəsi isə belçikalı Lost Frequencies səhnədə olacaq.


SOCAR Azərbaycan Qran-prisinin proqramı


26 aprel


11:00 - 11:45. “Formula 2”. Sərbəst yürüş

11:10 - 11:30. Avtoqraf sessiyası: Maks Ferstappen və Pyer Qasli (“Red Bull”)

11:30 - 11:50. Avtoqraf sessiyası: Sebastyan Fettel və Şarl Lekler (“Ferrari”)

11:50 - 12:10. Avtoqraf sessiyası: Daniel Rikkardo və Niko Hülkenberq (“Renault”)

13:00 - 14:30. “Formula 1”. Birinci sərbəst yürüş

15:00 - 15:30. “Formula 2”. Sıralama yarışı

17:00 - 18:30. “Formula 1”. İkinci sərbəst yürüş


27 aprel


10:20 - 10:50. “Formula 2”. Pilotların paradı

11:20 - 11:40. Avtoqraf sessiyası: Serxio Peres və Lens Stroll ("Racing Point")

12:00 - 13:05. “Formula 2”. Birinci yarış

12:00 - 12:20. Avtoqraf sessiyası: Kimi Raykkonen və Antonio Covinatsi ("Alfa Romeo")

12:20 - 12:40. Avtoqraf sessiyası: Lüis Hemilton və Valtteri Bottas ("Mercedes")

14:00-15:00. “Formula 1”. Üçüncü sərbəst yürüş

17:00-18:00. “Formula 1”. Sıralama turu

21:00. Cessi Ceyin konserti


28 aprel


11:20 - 11:40. Avtoqraf sessiyası: Corc Rassel və Robert Kubitsa ("Williams")

11:40 - 12:00. Avtoqraf sessiyası: Karlos Sayns və Landro Norris ("McLaren")

12:00 - 12:20. Avtoqraf sessiyası: Romen Qrojan və Kevin Maqnussen ("Haas")

12:20 - 12:40. Avtoqraf sessiyası: Daniil Kvyat və Aleksandr Albon ("Toro Rosso")

13:10 - 14:00. “Formula 2” - İkinci yarış

14:30 - 15:00. Açılış mərasimi və pilotların paradı

15:54 - 15:56. Dövlət Himni mərasimi

16:10 - 18:10. “Formula 1” SOCAR Azərbaycan Qran-prisi

18:10. Podium mərasimi

22:00. Kardi B-nin konserti


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND