Bakı ildırımsürətli müharibəyə hazırdır – Deputat

Paşinyanın Qarabağı Ermənistan hesab etməsi siyasi sərsəmlikdir və hər gün azalan reytinqinin yüksəlməsi üçün daxili auditoriyaya etdiyi populist müraciətdir.
Ekspress.az xəbər verir ki, bu sözləri millət vəkili Hikmət Babaoğlu deyib. O, Paşinyanın bu açıqlamasının Ermənistanın işğalçı dövlət olmasını sübut etdiyini söyləyib:
“Paşinyan dediyi sözlərə özü belə inanmır. Aprel döyüşlərindən sonra nəinki Qarabağda, hətta Ermənistanda da təhlükəsiz yaşamağın mümkün olmadığını bütün ermənilər dərk edir. Çünki Ermənistan süni dövlət kimi məhz Azərbaycanın tarixi torpaqlarında yaradılıb. O torpaqların isə hər qarışının sahibi var və gec-tez öz torpaqlarımıza qayıdacağıq. Ancaq hazırkı vəziyyətdə bir ölkənin rəsmi baş nazirinin başqa ölkənin torpaqlarını özününkü hesab etməsi və oraya gəlməsi beynəlxalq hüququn pozulması, eyni zamanda, Ermənistanın işğalçı dövlət olmasının sübutudur” .
Millət vəkilinin sözlərinə görə, Paşiyanın belə məsuliyyətsiz sözləri və davranışları ATƏT-in Minsk Qrupu və onun həmsədrləri tərəfindən təcili olaraq qınanılmalı və çəkindirici tədbirlərə əl atılmalıdır:
“Əks təqdirdə bu cür davranışlar müharibə səbəbidir və Azərbaycan bunu etməyə həm iqtisadi, həm də hərbi-siyasi qüdrəti ilə hazırdır. Ermənilərin heç gözləmədikləri bir vaxtda ildırımsürətli bir həmlə paşinyanların siyasi təlxəkliyinə birdəfəlik son qoya bilər. Ona görə də yaxşı olar ki, həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də Ermənistanda rasional düşünməyi bacaran daxili siyasi aktorlar vəziyyəti düzgün qiymətləndirib, problemin həlli ilə bağlı konkret addımlar atsınlar” . (axar)
Ekspress.az
-
-
22.10 09:55
Ermənistan atəşkəs rejimini 20 dəfə pozub
-
21.10 16:05
Əli Kərimli özünə və iki polis əməkdaşına xəsarət yetirib
-
21.10 13:37
Əli Əhmədov: "Qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur"
-
21.10 11:21
Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək
-
21.10 09:17
Müstəqillik Günü münasibətilə konsert olub
-
19.10 11:45
Pakistan: "Dağlıq Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyirik"
-
19.10 10:00
Cəbhədə bu gecə də silahlar SUSMADI
-
18.10 16:11
Milli Məclisin növbəti iclasının vaxtı bilindi
-
17.10 15:57
DİN və Baş Prokurorluqdan mitinq təşkilatçılarına - XƏBƏRDARLIQ
-
16.10 11:26
Həmsədrlər Dağlıq Qarabağa gəliblər
-
15.10 13:34
"Türk Şurasının qurumlarını dəstəkləməliyik" - Ərdoğan
-
15.10 13:27
Rusiya parlamentinə Qarabağa qanunsuz səfərlə bağlı sorğu göndərilib
-
14.10 12:47
Nazir polis mayoruna vəzifə verdi
-
14.10 09:57
Atəşkəs rejimi 22 dəfə pozulub
-
14.10 09:43
İran-Azərbaycan sərhədində İNSİDENT: Sərhədçi bıçaqlandı
-
12.10 15:00
Ermənistanın müdafiə naziri Qarabağa gəlib
-
12.10 12:18
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
-
12.10 11:46
İlham Əliyev Nikol Paşinyanla Qarabağ məsələsini müzakirə ETDİ
-
11.10 17:00
Putin İlham Əliyevi Aİ toplantısına dəvət etdi
-
11.10 16:00
Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
-
-