Uşaqların çox sevdiyi konfetin içindən İYNƏ ÇIXDI - FOTO


12.07.2019 10:54
85
Uşaqların çox sevdiyi konfetin içindən İYNƏ ÇIXDI - FOTO

Bakıda məşhur konfet firmalarının birinin istehsalı olan məhsulun içindən iynəyə bənzər dəmir parçası çıxıb.


Ekspress.az xəbər verir ki, Kamran Əli adlı Bakı sakininin sosial şəbəkədə paylaşdığı fotodan və yazdığı qeyddən aydın olur ki, "Elvan" şirkətinin istehsalı olan "Toffix" konfetinin içərisindən ölümcül nəticələrə səbəb ola biləcək dəmir parçası çıxıb.

 

Şikayətçi bildirir ki, iynədən incə dəmir parçasını son anda boğazından çıxarıb.

 

Kamran Əlinin paylaşımının altında şərh yazan başqa şəxslər də bu konfeti ən çox uşaqların istifadə etdiyini və ortaya çıxan bu skandal məsuliyyətsizin ölümcül nəticələrə səbəb ola biləcəyini, bu məhsulları uşaqlarına verməyəcəklərini yazırlar. 

 

Fotonu təqdim edirik:



Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND