AQTA-dan sahibkarlara XƏBƏRDARLIQ

15.02.2019 16:00
318
AQTA-dan sahibkarlara XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib. Müraciətdə bildirilir ki, istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələrinin istehsalı, saxlanması, satışı və tətbiqi yolverilməzdir.


Ekspress.az -ın məlumatına görə, Agentlik tərəfindən istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakıilə inventarlaşdırma komissiyasıyaradılıb.


Sahibkarlara bir daha müraciət edilir ki, əgər öhdələrindəistifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablaşmaları varsa, dərhal bu barədə Agentliyə (1003 – “Çağrı Mərkəzi”)məlumat versinlər. Əks haldaqanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir. 


Ekspress.az

Açar sözlər: