• 6 °C Bakı
  • -5 °C Quba
  • 1 °C Gəncə
  • -1 °C Yevlax
  • -3 °C Naxçıvan

İstanbulda bina çökməsi: 2 nəfər ölüb, 6 nəfər xilas edilib

06.02.2019 23:49
106
İstanbulda bina çökməsi: 2 nəfər ölüb, 6 nəfər xilas edilib

İstanbulda binanın uçması nəticəsində 2 nəfər həlak olub. Bu barədə şəhər hakimiyyəti bildirib.


Məlumata görə, xialsedicilər dağıntıların altından 6 nəfəri xilas edə bilib.


Qeyd edək ki, daha öncə İstanbulun qubernatoru Əli Yerlikaya binanın əlavə 3 mərtəbəsinin qeyri-qanuni tikildiyini deyib (Trend). Yerlikaya xilasetmə əməliyyatlarının aparıldığı rayonda sakitçiliyə riayət etməyə və xilasedicilərə mane olmamağa səsləyib.

***


21:39


İstanbulda çökmüş binanın ərazisində çəkiliş etmək və birbaşa yayın qadağan edilib.


Ekspress.az Türkiyə KİV-inə istinadla xəbər verir ki, bu barədə İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu qərar çıxarıb. Türkiyənin Radio və Televiziya Təşkilatının (RTÜK) rəsmi saytında qadağa barədə məlumat yayılıb.


Bildirilir ki, Türkiyə hökumətinin üzvləri yaxın saatlarda hadisə yerində olacaqlar.


Xatırkadaq ki, bu gün İstanbulda 8 mərtəbəli bina şöküb. Binanın 7 mərtəbəsində 14 mənzil olub. Birinci mərtəbəsində atelye olduğu bina 1992-ci ildə inşa olunub. Bina əvvəlcə beşmərtəbəli olub. Sonradan qanunsuz yolla onun üstündə əlavə üç mərtəbə tikilib. İlkin araşdırmalar əsasən binada 43 nəfər qeydiyyatda olub.

Faciə yerində axtarış-xilasetmə işləri davam edir. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub.

Ən son məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralı olaraq xilas edilib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND