İmamoğlu Ərdoğanla görüşündən danışdı: “O məni təbrik etdi, mən də onu”

19.04.2019 17:43
429
İmamoğlu Ərdoğanla görüşündən danışdı: “O məni təbrik etdi, mən də onu”

İstanbul Bələdiyyəsinin Cumhuriyyət Xalq Partiyasından (CHP) olan yeni başqanı Əkrəm İmamoğlunun Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanla qarşılaşma anı mediada maraqlı müzakirələrə yol açıb.

Ekspress.az xəbər verir ki, onlar dünən axşam Ərdoğanın İstanbuldakı qarşılanma mərasimi zamanı görüşüblər.

 

Bu gün isə Ərdoğan və İmamoğlu Mərmərə Universitetinin İlahiyyat fakültəsindəki namazdan sonra ayaqüstü söhbət ediblər. Həmin anlar kameralara tuş gəlib.

 

İmamoğlu Ərdoğanla görüşündən danışarkən belə deyib:

“Qarşılaşmağımız lazımdır. Çünki biz bu millətə xidmət edən iki önəmli vəzifəyə sahibik. O Prezident, mən İstanbul Bələdiyyəsinin başqanıyam. Bu görüşmələr olduqca normal haldır, ölkədə normal münasibətlərin olması deməkdir. Fürsət taparsam salamlaşaram, hətta qucaqlaşaraq. Fürsət olarsa, Ərdoğanla söhbət edərəm, bu mənim üçün ləzzətdir. Dünən və bu gün salamlaşmadan başqa, mövludunu da təbrik etdim”.


Jurnalistlərdən birinin “Sizə xeyirli olsun dedimi” sualına İmamoğlu “Elə bir söz demədi. Sadəcə, mövludu təbrik edəndə, o da məni təbrik etdi”.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND