Eldar Qasımovun burnu əyildi, türk cərrahdan polisə ŞİKAYƏT etdi

02.03.2019 20:35
165
Eldar Qasımovun burnu əyildi, türk cərrahdan polisə ŞİKAYƏT etdi

Azərbaycan vətəndaşı Türkiyənin tanınmış cərrahından polisə şikayət edib.


Ekspress.az xəbər verir ki, 33 yaşlı Eldar Qasımov polisə ərizə ilə müraciət edərək bildirib ki, 2011-ci ildə “İstanbul NS” klinikasında türkiyəli plastik-estetik cərrah Sebaheddin Kandal onun burnunu əməliyyat edib. Əməliyyatın müqabilində 2000 manat ödəyib. Lakin sonradan E. Qasımovun burnu əyilib və fəsadlar əmələ gəlib.


“İstanbul NS” klinikasından ONA-ya bildirilib ki, vətəndaş Eldar Qasımov məlum məsələ ilə bağlı onlara da şikayət ünvanlayıb. Lakin şikayətçi dəfələrlə görüşə çağırılsa da, klinikaya gəlməkdən imtina edib.

  • SON XƏBƏR
  • TREND