Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib - YENİLƏNİB

25.05.2019 17:30
119
Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib - YENİLƏNİB

Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) mayın 20-dən gücləndirilmiş iş rejiminə keçib.


Ekspress.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.


Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi mayın 30-na qədər davam edəcək. Bu çərçivədə yaradılmış Koordinasiya Şurasına BNA rəhbərlik edir.


“Oyun ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün isə 40 avtobus ayrılıb”, - deyə o qeyd edib.

 

***

M.Ağayev onu da bildirib ki, nəqliyyat xidmətlərinin yüksək səviyyədə təmin olunması üçün BNA Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində 24 saat fəaliyyət göstərən qərargah yaradıb: "Qərargah bu məsələ ilə bağlı fəaliyyət göstərən dövlət qurumlarının işini əlaqələndirmək, nəqliyyatın işini yüksək vəziyyədə idarə etmək məqsədi ilə yaradılıb" .


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND