Bakıda universitetdə yanğın olub


03.07.2019 10:10
212
Bakıda universitetdə yanğın olub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.


Ekspress.az xəbər verir ki, yanğın səhər saatlarında ali məktəbin əsas tədris binasındakı tədris mərkəzi otağında baş verib.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.


Yanğının qarşısı alınıb. Xəsarət alan olmayıb. 


Yanğın nəticəsində tədris mərkəzindəki bir neçə avadanlığa zərər dəyib.


Ekspress.az