Kim Çen In Trampla üçüncü dəfə görüşməyə hazırdır


13.04.2019 09:08
264
Kim Çen In Trampla üçüncü dəfə görüşməyə hazırdır

KXDR Dövlət Şurasının sədri Kim Çen In Hanoedə (Vyetnam) yüksək səviyyədə baş tutan görüşün uğursuzluqla nəticələnməsinə baxmayaraq, ABŞ prezidenti Donald Trampla III sammiti keçirmək niyyətində olduğunu bildirib.


Ekspress.az xəbər verir ki, bu barədə şənbə günü Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.


Bildirilir ki, Kim Çen In bu bəyanatı aprelin 12-də 14-cü çağırış Ali Xalq Məclisinin (AXM) Pxenyanda keçirilən birinci sessiyasına toplaşan AXM deputatları qarşısında çıxışı zamanı deyib (report).


Ekspress.az

Açar sözlər: