Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfərə yola düşüb


26.02.2019 10:22
320
Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfərə yola düşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 40-cı sessiyasında iştirak etmək məqsədilə Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.


Bu barədə Ekspress.az -a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Elmar Məmmmədyarovun BMT İHŞ-nin 40-cı sessiyasının yüksək səviyyəli seqmentində çıxışı, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.


Ekspress.az

Açar sözlər: