Sabah Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyət olacaq

04.07.2019 21:48
52
Sabah Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyət olacaq


Sumqayıtda “Şəhər 1” orta təzyiqli yeraltı qaz kəmərində sızma baş verib.

Sumqayıt Qaz İstismarı Sahəsindən verilən məlumata görə, yaranan problemin aradan qaldırılması məqsədilə iyulun 5-də saat 10:00-dan saat 17:00-dək şəhərin 1, 2, 3,4, 5, 6, 7, 8-12, 15, 16, 17, 18, 19, 22, 29, 30, 34, 36, 45-ci məhəllələrin, 1, 5, 6-cı mikrorayonların, “Betonzavod” yaşayış massivinin və “İnşaatçılar” qəsəbəsinin qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND