Sumqayıtda Çeçenistan vətəndaşı öldürüldü - Rəsmi


14.08.2019 12:20
54
Sumqayıtda Çeçenistan vətəndaşı öldürüldü - Rəsmi

Sumqayıtda bir necə saat əvvəl qətl hadisəsi törədilib. Hadisə şəhərin sənaye zonasında, “SOCAR Karbamid” zavodunun yaxınlığında baş verib.


Ekspress.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Çeçenistan Respublikasının vətəndaşı Bislan Bakayev münaqişə zəminində hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qətlə yetirilib.

B.Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq zərbəsi alıb. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Qətli törədən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.


***


Baş Prokurorluq Sumqayıt şəhərində baş vermiş qətllə bağlı məlumat yayıb.


Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində kirayədə yaşamış Bislan Bakayevin qəsdən öldürülməsi ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Şəhərin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bakayevin qəsdən öldürülməsində şübhəli bilinən 1987-ci il təvəllüdlü Muxtarov Tural Arif oğlu tutulub, hadisə yerindən cinayətin aləti olan 1 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.


T.Muxtarov müdafiəçinin iştirakı ilə dindirilərkən ifadəsində cinayətin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyini etiraf edib.


Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. (axar)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND