Unibank lotereya keçirir

14.03.2019 16:11
152
Unibank lotereya keçirir

Martın 14-dən mayın 31-dək Unibankın debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən və eləcə də bu müddətdə bankdan Albalı Plus kredit kartı alan müştərilərin 1 həftəlik, iki nəfərlik səyahət paketi, iPhone X mobil telefonu və 50 AZN-dən 1000 AZN-dək müxtəlif pul uduşları qazanmaq şansları var.


Unibankın “Bahar lotereyası” nağdsız əməliyyatların artırılmasını stimullaşdırmaq məqsədi daşıyır.

 

Lotereyada ümumilikdə 100 iştirakçı qalib elan ediləcək. Lotereyada Unibankdan yeni Albalı Plus kredit kartı əldə edən, eləcə də Unibank debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən müştərilər iştirak edəcək. Lotereya keçirildiyi müddətdə rəsmiləşdirilən Albalı Plus kredit kartı 10 iştirak şansı, şərtlərdə göstərilən nağdsız edilən əməliyyatların cəminin hər tam 10 AZN məbləği isə 1 iştirak şansı qazandıracaq;


Uduş fondu ümumilikdə 10 000 AZN pul mukafatı, iPhone X mobil telefonu və səyahət paketini əhatə edir. Qaliblər tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsi ilə seçiləcəklər.

 

Ekspress.az

  • SON XƏBƏR
  • TREND