Azərbaycanda dizel yanacağının istehsalı 4% artıb


19.06.2019 20:55
113
Azərbaycanda dizel yanacağının istehsalı 4% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 256,1 mln. manat təşkil edib.


Ekspress.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 2,7% azalıb.

Hesabat dövründə ölkədə 499,8 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 4,2% azdır. İyunun 1-i tarixinə 66,9 min ton həcmində hazır məhsul ehtiyatı qalıb.


Bu ilin yanvar-may ayları ərzində 136,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 254,4 min ton ağ neft, 885,9 min ton dizel yanacağı, 32,8 min ton yanacaq mazutu istehsal edilib (report). Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 47,9%, ağ neft istehsalında 2,7%, dizel yanacağının istehsalında 4,2%, yanacaq mazutunun istehsalında 9% artım qeydə alınıb.


Həmçinin bu ilin beş ayında ölkədə 6,8 min ton sürtkü yağları, 72,8 min ton neft bitumu, 102 min ton neft koksu istehsal edilib ki, sürtkü yağlarının istehsalı 76,6%, neft bitumunun istehsalı 34,9%, neft koksunun istehsalı 7,4% azalıb.


Ekspress.az

Açar sözlər: