Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si

03.12.2018 19:10
370
Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si

Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sın­da Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­nin (AAK) bö­yük ro­lu var. AAK 2004-cü ilin ap­re­lin 17-də Ber­lin şə­hə­rin­də tə­sis olu­nub. Konq­re­sin tə­sis konf­ran­sın­da dün­ya­nın 28 öl­kə­sin­dən 50-dən ar­tıq di­as­por təş­ki­lat­la­rın­dan 264 nü­ma­yən­də qa­tı­lıb.


Konf­rans­da Ru­si­ya, Uk­ray­na, Be­la­rus, İs­veç, İs­veş­rə, Fran­sa və di­gər öl­kə­lər­də­ki Azər­bay­can ic­ma­la­rı­nın nü­ma­yən­də­lə­ri iş­ti­rak edib. Konf­rans­da Tür­ki­yə Bö­yük Mil­lət Məc­li­si­nin, Al­ma­ni­ya Bun­des­ta­qı­nın üzv­lə­ri, ey­ni za­man­da Azər­bay­can nü­ma­yən­də he­yə­ti iş­ti­rak edib. Konf­rans­da Azər­bay­can Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev təd­bir iş­ti­rak­çı­la­rı­na təb­rik mək­tu­bu oxu­nub. Tə­sis konf­ran­sın­da AAK-ın Ni­zam­na­mə­si qə­bul edi­lib və qu­ru­mun rəh­bər or­qan­la­rı se­çi­lib. Tə­sis konf­ran­sı­nın so­nun­da 50-dən ar­tıq ic­ma və bir­lik­lə­rin iş­ti­ra­kı ilə rəs­mi ra­zı­lıq pro­to­ko­lu im­za­la­nıb və təd­bir iş­ti­rak­çı­la­rı Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­və mü­ra­ciə­ti qə­bul olu­nub.


AAK-ın in­di­yə­dək 5 qu­rul­ta­yı ke­çi­ri­lib. İlk qu­rul­tay 2004-cü il­də, 5-ci qu­rul­tay 2017-ci il­də olub. İlk qu­rul­tay­da AAK tə­sis edi­lib.


İkin­ci qu­rul­tay 2007-ci ilin mar­tın 10-da Ba­kı­da AAK II qu­rul­ta­yı ke­çi­ri­lib. Qu­rul­ta­yın işin­də Av­ro­pa­nın 30-dan çox öl­kə­sin­də fəa­liy­yət gös­tə­rən 84 Azər­bay­can di­as­por təş­ki­la­tın­dan 139 nü­ma­yən­də iş­ti­rak edib.


Qu­rul­tay­da Azər­bay­can ic­ma­la­rı­nın türk di­as­po­ru ilə əmək­daş­lıq im­kan­la­rı və di­gər mə­sə­lə­lər də diq­qət mər­kə­zin­də olu­nub. Qu­rul­ta­yın Qət­na­mə­si­nə uy­ğun ola­raq 2007-ci ilin ma­yın­da AAK-in 2007-2009-cu il­lə­ri əha­tə edən fəa­liy­yət proq­ra­mı ha­zır­la­nıb və 2007-ci ilin iyu­lun­da İc­ra­iy­yə Ko­mi­tə­si­nin Ber­lin­də ke­çi­ri­lən ic­la­sın­da təs­diq edi­lib. Top­lan­tı­da tə­sis qu­rul­ta­yın­dan ke­çən dövr ər­zin­də təş­ki­la­tın fəa­liy­yə­ti­nə həsr olun­muş he­sa­bat mə­ru­zə­si din­lə­ni­lib. Təd­bir­də AAK-ın Av­ro­pa­da­kı di­as­por fəa­liy­yə­ti­nin ge­niş­lən­di­ril­mə­si, bu­ra­da­kı soy­daş­la­rı­mı­zın ide­ya-si­ya­si bir­li­yi­nin da­ha da güc­lən­di­ril­mə­si, qi­tə­də­ki Azər­bay­can dər­nək­lə­ri­nin, ic­ma­la­rı­nın, fe­de­ra­si­ya­la­rı­nın və baş­qa di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nin ko­or­di­na­si­ya im­kan­la­rı­nın ar­tı­rıl­ma­sı mə­sə­lə­lə­ri ge­niş mü­za­ki­rə olu­nub. Bun­dan baş­qa, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li yo­lun­da döv­lə­ti­mi­zin əda­lət­li möv­qe­yi­nin Av­ro­pa­nın apa­rı­cı öl­kə­lə­rin­də dəs­tək­lən­mə­si və bu sa­hə­də cid­di ad­dım­la­rın atıl­ma­sı ilə bağ­lı da tək­lif­lər səs­lən­di­ri­lib.


AAK-ın üçün­cü qu­rul­ta­yı 2009-cu ilin ap­re­lin­də ke­çi­ri­lib. Qu­rul­ta­ya Av­ro­pa­nın 25 öl­kə­sin­dən nü­ma­yən­də və qo­naq­lar iş­ti­rak edib. Top­lan­tı­da Av­ro­pa­da­kı Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nin sə­mə­rə­li­li­yi­nin ar­tı­rıl­ma­sı,ic­ma­la­rın fəa­liy­yə­ti­nin ko­or­di­na­si­ya edil­mə­si, Azər­bay­can hə­qi­qət­lə­ri­nin Av­ro­pa ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı, soy­daş­la­rı­mı­zın hü­quq və azad­lıq­la­rı­nın mü­da­fiə­si ilə bağ­lı qə­rar­lar qə­bul olu­nub. Qu­rul­tay­da AAK-ın gənc­lər qo­lu­nun güc­lən­di­ril­mə­si,konq­res­də təm­sil olu­nan təş­ki­lat­la­rın ət­ra­fın­da­kı gənc­lə­rin po­ten­sia­lın­dan,im­kan­la­rın­dan sə­mə­rə­li is­ti­fa­də məq­sə­di­lə təş­ki­lat ko­mi­tə­si ya­ra­dıl­ma­sı tək­lif olu­nub.


AAK-ın növ­bə­ti qu­rul­ta­yı 29 ap­rel 2012-ci il ta­ri­xin­də Al­ma­ni­ya­nın pay­tax­tı Ber­lin şə­hə­rin­də ke­çi­ri­lib. Qu­rul­tay­da AAK üzv təş­ki­lat­la­rın rəh­bər­lə­ri­nin, Azər­bay­ca­nın döv­lət və hö­ku­mət nü­ma­yən­də­lə­ri­nin, mil­lət və­kil­lə­ri­nin, xa­ri­ci öl­kə de­pu­tat­la­rı­nın, AAK-a üzv ol­ma­yan Azər­bay­can cə­miy­yət və bir­lik­lə­ri­nin, həm­çi­nin di­gər xalq­la­rın di­as­por təş­ki­lat­la­rı­nın təm­sil­çi­lə­ri iş­ti­rak edib.


AAK-ın 5-cu Qu­rul­ta­yı 2017-ci ilin fev­ra­lın 27-də Ni­der­land Kral­lı­ğı­nın Ams­ter­dam ke­çi­ri­lib. Konq­re­sin V Qu­rul­ta­yı­na Av­ro­pa­nın 27 öl­kə­sin­dən 87 nü­ma­yən­də qa­tı­lıb.


Qu­rul­tay­da Azər­bay­can Pre­zi­den­ti­nin ic­ti­mai-si­ya­si mə­sə­lə­lər üz­rə kö­mək­çi­si Əli Hə­sə­nov və Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Na­zim İb­ra­hi­mov iş­ti­rak edib­lər.

Azər­bay­can Pre­zi­den­ti­nin ic­ti­mai-si­ya­si mə­sə­lə­lər üz­rə kö­mək­çi­si Əli Hə­sə­nov Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­nin V Qu­rul­ta­yı­nın iş­ti­rak­çı­la­rı­na mü­ra­ciə­ti­ni oxu­yub.


Döv­lət baş­çı­sı­nın mü­ra­ciə­tin­də bil­di­ri­lir ki, müa­sir dövr­də qə­lə­bə­lər tək­cə hərb yo­lu ilə de­yil, həm də si­ya­si-in­tel­lek­tu­al va­si­tə­lər­lə tə­min edi­lir. Bu sa­hə­də va­cib re­surs­lar­dan bi­ri də xa­ri­ci öl­kə­lər­də ya­şa­yan həm­və­tən­lə­ri­miz və on­la­rın ya­rat­dıq­la­rı təş­ki­lat­lar­dır. Bu ba­xım­dan, Azər­bay­can di­as­po­ru öz fəa­liy­yə­ti­ni da­ha da ge­niş­lən­dir­mə­li, iş­lə­rin ko­or­di­na­si­ya­sı­nı və dost öl­kə­lə­rin ox­şar təş­ki­lat­la­rı ilə əla­qə­lə­ri­ni güc­lən­dir­mə­li­dir. Di­as­por nü­ma­yən­də­lə­ri öl­kə­miz­lə bağ­lı mə­lu­mat­la­rı, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nə da­ir hə­qi­qət­lə­ri Av­ro­pa ic­ti­ma­iy­yə­ti­nə da­ha çe­vik və dol­ğun çat­dır­ma­lı, mə­də­niy­yə­ti­mi­zin təb­li­ği is­ti­qa­mə­tin­də ye­ni me­tod və va­si­tə­lər­dən sə­mə­rə­li is­ti­fa­də et­mə­li­dir­lər.

Pre­zi­den­tin bə­ya­na­tın­da de­yi­lir: "2004-cü il­də tə­sis olu­nan Konq­res Av­ro­pa öl­kə­lə­rin­də məs­kun­la­şan soy­daş­la­rı­mı­zın təş­ki­lat­lan­ma­sı və di­as­por qu­rum­la­rı­nın fəa­liy­yə­ti­nin əla­qə­lən­di­ril­mə­si is­ti­qa­mə­tin­də ar­dı­cıl iş apa­rıb, qar­şı­ya qoy­du­ğu və­zi­fə­lə­rin ye­ri­nə ye­ti­ril­mə­sin­də uğur­lar qa­za­nıb. Müs­tə­qil­lik il­lə­rin­də Azər­bay­ca­nın Av­ro­pa döv­lət­lə­ri ilə si­ya­si, iq­ti­sa­di və hu­ma­ni­tar sa­hə­lər­də sıx əmək­daş­lıq mü­na­si­bət­lə­ri for­ma­la­şıb. Öl­kə­mi­zin əl­ve­riş­li coğ­ra­fi möv­qe­yi, tə­bii eh­ti­yat­la­rı, xal­qı­mı­zın zən­gin mə­də­niy­yə­ti qi­tə döv­lət­lə­ri ilə hər­tə­rəf­li əla­qə­lə­rin in­ki­şa­fın­da əhə­miy­yət­li yer tu­tur".


Azər­bay­can Pre­zi­den­ti­nin ic­ti­mai-si­ya­si mə­sə­lə­lər üz­rə kö­mək­çi­si Əli Hə­sə­nov Qu­rul­tay­da çı­xış edə­rək AAK-ın fəa­liy­yə­ti ba­rə­də fi­kir­lə­ri­ni bil­di­rib.

Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin ha­ki­miy­yə­tə qa­yı­dı­şın­dan son­ra xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar­la əla­qə­lə­rin qu­rul­ma­sı­nın, di­as­po­run for­ma­laş­dı­rıl­ma­sı­nın döv­lət si­ya­sə­ti­nin prio­ri­tet is­ti­qa­mət­lə­rin­dən bi­ri­nə çev­ril­di­yi­ni bil­di­rən Pre­zi­den­tin kö­mək­çi­si qeyd edib ki, Pre­zi­dent İl­ham Əli­yev Ümum­mil­li Li­de­rin si­ya­sə­ti­ni uğur­la da­vam et­di­rə­rək di­as­po­ru­mu­zun təş­ki­lat­lan­ma­sı, in­ki­şa­fı, Azər­bay­can ilə əla­qə­lə­ri­nin güc­lən­di­ril­mə­si üçün da­im yük­sək diq­qət və qay­ğı gös­tə­rir: "Azər­bay­can döv­lə­ti xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­za hər za­man da­yaq olub və bun­dan son­ra da dəs­tə­yi­ni əsir­gə­mə­yə­cək. Ey­ni za­man­da, xa­ric­də­ki həm­və­tən­lə­ri­mi­zin ya­şa­dıq­la­rı öl­kə­lər­də cə­miy­yə­tə in­teq­ra­si­ya et­mə­si, ic­ti­mai rə­yə tə­sir im­kan­la­rı­na ma­lik ol­ma­sı bi­zim üçün əhə­miy­yət­li və va­cib mə­sə­lə­dir".


Konq­res Azər­bay­can­la bağ­lı mə­sə­lə­lər­də ak­tiv fəa­liy­yət gös­tə­rir. AAK təm­sil­çi­lə­ri Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin 100 il­li­yi ilə əla­qə­dar Av­ro­pa öl­kə­lə­rin­də təş­kil edi­lən təd­bir­lər çər­çi­və­sin­də Av­ro­pa Par­la­men­ti­nin üzv­lə­ri ilə gö­rü­şüb­lər.

İlk gö­rüş Av­ro­pa Par­la­men­ti­nin Bol­qa­rıs­tan­dan olan mil­lət və­ki­li İl­han Ku­çuk­lə ke­çi­ri­lib. O bil­di­rib ki, Par­la­ment üzv­lə­ri ilə gö­rüş bö­yük əhə­miy­yət da­şı­yır və hər bir döv­lə­tin di­as­po­ra təş­ki­lat­la­rı Av­ro­pa Par­la­men­ti ilə six əla­qə­də ol­ma­lı, öl­kə­lə­ri haq­qın­da çı­xa­rı­lan qə­rəz­li, haq­sız qə­rar­la­ra gö­rə he­sa­bat tə­ləb et­mə­li­dir­lər. İ.Ku­çuk Azər­bay­ca­nın Brü­sel­də­ki sə­fir­li­yi ilə sıx əmək­daş­lıq et­di­yi­ni və Azər­bay­can ilə əla­qə­lə­rin ge­niş­lən­di­ril­mə­si­nə ça­lış­dı­ğı­nı de­yib.


Növ­bə­ti gö­rüş Av­ro­pa Par­la­men­ti­nin Lat­vi­ya­dan olan üz­vü İve­ta Qri­qu­le ilə ke­çi­ri­lib və hər iki de­pu­tat­la Av­ro­pa­da­kı Bey­nəl­xalq təş­ki­lat­lar­la əmək­daş­lıq im­kan­la­rı mü­za­ki­rə olu­nub.

Son­da Par­la­ment üzv­lə­ri­nə in­gi­lis di­li­nə tər­cü­mə olun­muş "Əli və Ni­no"ki­ta­bı hə­diy­yə edi­lib.

AAK-ın pre­zi­den­ti və ida­rə he­yə­ti­nin üzv­lə­ri Azər­bay­can Res­pub­li­ka­sı­nın Bel­çi­ka Kral­lı­ğı və Lük­sem­burq Bö­yük Her­soq­lu­ğun­da föv­qə­la­də və sə­la­hiy­yət­li sə­fi­ri, Azər­bay­can Res­pub­li­ka­sı­nın Av­ro­pa İt­ti­fa­qı ya­nın­da nü­ma­yən­də­li­yi­nin rəh­bə­ri Fu­ad İs­qən­də­ro­vun də­və­ti ilə ADR-ın 100 il­li­yi mü­na­si­bə­ti ilə əla­qə­dar təş­kil edi­lən rəs­mi qə­bul­da is­ti­rak edib­lər.


AAK Azər­bay­can­da baş ve­rən pro­ses­lə­rə də mü­na­si­bə­ti­ni bil­di­rir. Konq­res 2018-ci ilin iyu­lun 10-da ra­di­kal ele­ment­lər­dən iba­rət bir ne­çə qru­pun Gən­cə şə­hə­rin­də tö­rət­di­yi əməl­lə bağ­lı bə­yant ve­rib. Bə­yant­da qeyd edi­lir ki, Gən­cə şə­hə­ri­nin mər­kə­zin­də bir müd­dət əv­vəl şə­hə­rin İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı El­mar Və­li­ye­və qar­şı sui-qəsd tö­rə­dən Yu­nis Sə­fə­ro­va dəs­tək məq­sə­di­lə qa­nun­suz ak­si­ya ke­çi­rə­rək öl­kə­də sa­bit­li­yi poz­maq cəhd­lə­ri və ha­di­sə­lər za­ma­nı xid­mə­ti və­zi­fə­lə­ri­ni ye­ri­nə ye­ti­rər­kən iki yük­sək rüt­bə­li za­bi­ti­mi­zin şə­hid ol­ma­sı­nı kəs­kin şə­kil­də qi­na­yı­rıq və baş ver­miş ha­di­sə­lər­dən ol­duq­ca na­ra­hat olu­ruq: "He­sab edi­rik ki, Azər­bay­can­da hökm sü­rən sa­bit­li­yi, iq­ti­sa­di in­ki­şa­fı həzm edə bil­mə­yən düş­mən­lə­rin gös­tə­ri­şi ilə öl­kə­miz­də tö­rə­di­lən ter­ror ha­di­sə­lə­ri­nin qar­şı­sı­nı al­maq üçün xal­qı­mız heç bir təx­ri­ba­ta uy­ma­ya­raq təm­kin­li ol­ma­lı və döv­lə­ti­mi­zin sa­bit­li­yi na­mi­nə bu cür qrup­la­ra qar­şı bir­gə mü­ba­ri­zə apar­ma­lı­dır. Azər­bay­can döv­lə­ti­ni çök­dür­mək is­tə­yən xa­in qüv­və­lər bu gun ma­rio­net­ka ki­mi is­ti­fa­də olu­nur­lar. On­lar döv­lət­çi­li­yi­mi­zə qar­şı çı­xa­raq öz məq­səd­lə­ri­nə çat­maq üçün so­si­al şə­bə­kə­lər­də döv­lət əley­hi­nə çağ­rış­lar edə­rək döv­lət çev­ri­li­şi et­mə­yə cəhd edir, öl­kə­də ix­ti­şaş­lar tö­rət­mə­yə ça­lı­şır­lar. Heç tə­sa­dü­fi de­yil ki, bu ha­di­sə­lər za­ma­nı Av­ro­pa­da məs­kun­laş­mış ra­di­kal mü­xa­li­fət də on­la­ra dəs­tək ver­di. Dinc əha­li­ni kü­çə­lə­rə çi­xa­rıb ix­ti­şaş­lar tö­rə­də­rək qar­daş qir­ğı­nı­na na­il ol­maq is­də­di­lər.

Bü­tün bun­la­ra bax­ma­ya­raq ra­di­kal se­pa­rat­çı­la­rın ümid­lə­ri bo­şa çıx­dı.


Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si ola­raq xal­qı­mız­dan heç bir təx­ri­ba­ta uy­ma­ya­raq təm­kin­li ol­ma­la­rı­nı və döv­lə­ti­mi­zin sa­bit­li­yi na­mi­nə təx­ri­bat­çı­la­ra qar­şı bir­gə mü­ba­ri­zə apar­ma­ğı xa­hiş edi­rik.

İna­nı­rıq ki, hü­quq mü­ha­fi­zə or­qan­la­rı tez­lik­lə bu ha­di­si­lə­ri tö­rə­dən, Azər­bay­can­da və­tən­daş qar­şı­dur­ma­sı ya­rat­ma­ğa ça­lı­şan fa­na­tik di­ni təx­ri­bat­çı­la­rın la­yiq­li cə­za­la­rı­nı ve­rə­cək".

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND