İlham Əliyev VII Zirvə Görüşündə - FOTO

15.10.2019 15:27
141
İlham Əliyev VII Zirvə Görüşündə - FOTO

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.


Ekspress.az azərtac -a istinadən xəbər verir ki, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamladı.


Sonra Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov çıxış etdi. Prezident çıxışında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini dedi.


Prezident İlham Əliyev Zirvə Görüşündə çıxış etdi.


Sonra dövlətimizin başçısı “Türk dünyasının Ali Ordeni”ni Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim etdi.


Zirvə Görüşündə Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban, Türkmənistan Baş Nazirinin müavini Purli Aqamuradov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev çıxış etdilər.


Sonra növbəti Zirvə Görüşünün Türkiyə Respublikasında keçirilməsi qərara alındı.

Daha sonra sənədlərin imzalanması mərasimi oldu.


Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vurdu.














Ekspress.az