"Qarabağ" ispaniyalı futbolçu ilə müqavilə imzalayıb

07.06.2019 17:02
38
"Qarabağ" ispaniyalı futbolçu ilə müqavilə imzalayıb

Ağdamın "Qarabağ" klubu futbolçusu Miçellə yeni müqavilə imzalayıb.


Müqaviləsi başa çatan ispaniyalı yarımmüdafiəçi daha iki il əyalət təmsilçisinin formasını geyinəcək.


Miçel geridə qalan mövsümdə ümumilikdə 36 oyunda meydanda olub, 8 qol və 5 məhsuldar ötürməylə yadda qalıb. 


2015-ci ildən “Qarabağ”da çıxış edən Miçel 144 oyunda 29 qol vurub, 4 dəfə Premyer Liqa, 2 dəfə isə ölkə kubokunun qalibi olub.


Ağdam klubu bir müddət əvvəl Qara Qarayevlə də müqaviləni yeniləyib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND