200-ə yaxın təhsil işçisi cəzalandırıldı - Ceyhun Bayramov

11.09.2019 12:02
88
200-ə yaxın təhsil işçisi cəzalandırıldı - Ceyhun Bayramov

"Bu il ərzində işdə yol verdikləri nöqsanlara görə 6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib".


Ekspress.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.


O bildirib ki, bəzi hallarda qəbul edilən normativ qaydaların yerlərdə tam şəkildə icra edilmədiyi məlum olub: "Bir il bundan əvvəl keçirilən anoloji konfransda bu istiqamətdə olan məsələnin üzərində çox dayanmadım. Bu məsələlərin növbəti tədris ilərində aktual olmaması və müzakirə predmetinə çevrilməsinə ehtiyac olmamasını arzu edirəm. Təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqini tapıb".


Nazir əlavə edib ki, 10 nəfər rayon Təhsil Şöbəsinin rəhbəri və 3 nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbərləri işlərində verdiyi nöqsana görə barələrində intizam tədbirləri tədbiq edilib: "8 nəfər məktəb direktoru, 6 nəfər direktor müavininin müqaviləsinə xitam verilib. 29 direktor və 37 direktor müavini barədə intizam tədbirləri tədbiq edilib. 80 nəfər məktəb direktorunun əmək müqaviləsinin müddəti qurtaran zaman növbəti dəfə müqaviləsinin uzadılması barədə qərar verilərkən davamlı şəkildə nəticələrinin aşağı olması onların müqavilələri uzadılmadı. 7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi və həssas yanaşmalıyıq. Nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar". (unikal)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND