Azyaşlı qızlara qarşı əxlaqsızlıq edən şəxs - Bu, hər kəsi ŞOKA SALDI - VİDEO


27.08.2019 12:02
165
Azyaşlı qızlara qarşı əxlaqsızlıq edən şəxs - Bu, hər kəsi ŞOKA SALDI - VİDEO

Qız uşaqlarına qarşı əxlaqsız hərəkət edən şəxs yaxalanaraq döyülüb. 


Ekspress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Adanada baş verib. Ü.Z adlı şəxs 2 həftə boyunca məhəllələrə girərək qız uşaqlarına qarşı əxlaqsız hərəkət edib. O, həyətdə oynayan azyaşlıların paltarlarını çıxararaq cinsi istismar edərək qaçıb. 


Həmin şəxs son dəfə məhəllələrin birinə gələrək iki azyaşlını istismar etməyə başlayıb. Bu zaman həmin qızlardan birinin atası olanları eyvandan görüb. Dərhal aşağı enən ata, qızları narahat edən şəxsi tutub və polis çağıırıb. 


Məhəllə sakinləri həmin şəxsi döyərək linç ediblər. Polis təqsirləndirilən şəxsi vətəndaşların əlindən zorla alıb. Onun üzərinə baxış zamanı azyaşlı qızlara aid 16 ədəd saç bəzək əşyası, bir ədəd sabun və 4 metrlik kabel çıxıb. 


(unikal)


Ekspress.az