Minsk 2019 - Rüstəm Orucov erməniyə qalib gələrək yarımfinala çıxıb


23.06.2019 15:07
255
Minsk 2019 - Rüstəm Orucov erməniyə qalib gələrək yarımfinala çıxıb

II Avropa Oyunlarının cüdo yarışlarının ikinci günündə mübarizə aparan (73 kq) Rüstəm Orucov ¼ final görüşünə çıxıb.


Ekspress.az xəbər verir ki, o bu mərhələdə Ermənistan təmsilçisi Ferdinand Karapetyana vaza-ari xalı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.


Rüstəmin növbəti rəqibi yunanıstanlı Georgios Azoidis olub.


Daha sonra Hidayət Heydərov 1/4 final görşünə çıxıb. 22 yaşlı cüdoçu yunan rəqibi Georgios Azoidisə 46 saniyəyə ipponla məğlub olub. O, bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşacaq.


***

II Avropa Oyunlarının cüdo yarışlarının ikinci gününə mübarizəyə qoşulan Hidayət Heydərov 1/4 finala vəsiqə qazanıb.


"Report"un Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizəyə qoşulan Hidayət Heydərov 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı ilə məğlubiyyətə uğradıb.


Onun növbəti rəqibi israilli Din Yaakov Gemer olub. Bu dəfə 3 dəqiqə 31 saniyəyə ipponla qalib gələn Heydərov 1/4 finala yüksəlib.22 yaşlı cüdoçunun rəqibi yunanıstanlı Georgios Azoidis olacaq.


***

"Minsk 2019" II Avropa Oyunlarında bu gün cüdo yarışlarının ikinci gününə start verilib.


Ekspress.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Rüstəm Orucov (73 kq) mübarizəyə qələbə ilə başlayıb.


28 yaşlı idmançı 1/16 finalda monakolu Sedrik Bessini məğlubiyyətə uğradıb. O, rəqibini 57 saniyəyə ipponla üstələyib. Azərbaycanın "Minsk 2019"dakı bayraqdarının növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 66 kq çəkidə qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Bu qarşılaşmada da Orucov 3 dəqiqə 27 saniyəyə qalib gələrək, adını 1/4 finala yazdırıb. Bu mərhələdə onun rəqibi erməni idmançı Ferdinand Karapetyan olacaq.


Əvəzində qadınların yarışında Nuriyyə Axundova (63 kq) 1/16 finala təsadüf edən ilk görüşündəcə rumıniyalı Stefania Adelina Dobreyə 1 dəqiqə 46 saniyəyə uduzaraq, mübarizəni dayandırıb.


Qeyd edək ki, ilk yarış günündə isə Azərbaycanın 7 təmsilçisinin hamısı medalsız qalıb.


***

"Minsk 2019" II Avropa Oyunlarında bu gün sambo yarışlarının ikinci gününə start verilib.


"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan təmsilçilərindən Ağasif Səmədov (52 kq) 1/4 finala təsadüf edən ilk görüşündə litvalı Gintaras Katkusa qalib gəlib - 5:0. Onun yarımfinaldakı rəqibi belaruslu Maksim Krasinski olacaq.


Əvəzində Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakidzisə uduzub. Hesab 1:1 olsa da, rəqib görüşü sonuncu xal prinsipi ilə qalib kimi başa vurub. Qarayev təsəlliverici görüşdə estoniyalı Vadim Fominlə üz-üzə gələcək.


Abdulla Abdullayev (74 kq) isə xorvatiyalı Dino-Dominik Sumpora yenilib - 3:4. O, təsəlliverici görüşdə ermənistanlı Arsen Qazaryana rəqib olub.


Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın daha bir samboçusu Mehman Xəlilov (57 kq) erməni Maksim Manukyana 9:1 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.


***

"Minsk 2019" II Avropa Oyunlarında bu gün cüdo yarışlarının ikinci gününə start verilib.

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçilərindən Rüstəm Orucov (73 kq) mübarizəyə qələbə ilə başlayıb.


28 yaşlı idmançı 1/16 finalda monteneqrolu Sedrik Bessini məğlubiyyətə uğradıb. O, rəqibini 57 saniyəyə ipponla üstələyib. Azərbaycanın "Minsk 2019"dakı bayraqdarının növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 66 kq çəkidə qızıl medal qazanmış italiyalı Fabio Bazile olacaq.


Əvəzində qadınların yarışında Nuriyyə Axundova (63 kq) 1/16 finala təsadüf edən ilk görüşündəcə rumıniyalı Stefania Adelina Dobreyə 1 dəqiqə 46 saniyəyə uduzaraq, mübarizəni dayandırıb.


Qeyd edək ki, bu gün 73 kq çəkidəki daha bir cüdoçu Hidayət Heydərov 1/16 finalda macarıstanlı Mikloş Unqvarini sınağa çəkəcək. İlk yarış günündə isə Azərbaycanın 7 təmsilçisinin hamısı medalsız qalıb.


***


"Minsk 2019" II Avropa Oyunlarında üçüncü yarış gününə start verilib.


Azərbaycan təmsilçilərindən ilk olaraq, kişilərin 10 m məsafəyə pnevmatik tapança ilə atəş açma növündə Ruslan Lunyov çıxış edib. 574 xal toplayan idmançı 20-ci yeri tutub. O, ilk "8-liy"ə düşə bilmədiyi üçün finala yüksələ bilməyib və mübarizəni dayandırıb.

Qeyd edək ki, bu gün daha bir azərbaycanlı atıcı Nigar Nəsirova pnevmatik tapançadan 10 metr məsafəyə atəş açacaq.


***


"Minsk 2019" II Avropa Oyunlarının üçüncü yarış günündə 7 növ üzrə 37 dəst medal sahibini tapacaq.


Ekspress.az xəbər verir ki, bu, Oyunların rekord göstəricisidir. Ümumilikdə isə bu gün mübarizə 10 növü əhatə edəcək.


Azərbaycan idmançıları bu növlərdən 6-da çıxış edəcəklər. Boksçular, samboçular və cüdoçular hərəyə 3 çəki dərəcəsində qüvvələrini sınayacaqlar. Eyni zamanda idman akrobatikası, bədii gimnastika, velosiped idmanının şosse, güllə və stend atıcılığı üzrə yarışlar olacaq.


23 iyun

Gimnastika


16:03. İdman akrobatikası, dinamik hərəkətlər

Qarışıq cütlər, final

Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi


15:20. Bədii gimnastika

Fərdi yarışlar, top, final

Zöhrə Ağamirova


15:40. Bədii gimnastika

Fərdi yarışlar, gürz, final

Zöhrə Ağamirova


Sambo

1/4 final, kişilər

11:00. 52 kq

Ağasif Səmədov – Gintaras Katkus (Litva)

11:26. 62 kq

Cavidan Qarayev – Savvas Karakizidis (Yunanıstan)

11:52. 74 kq

Abdulla Abdullayev – Dino-Dominik Sumpor (Xorvatiya)


Cüdo, kişilər

11:30. 73 kq

Rüstəm Orucov – Sedrik Bessi (Monako)

Hidayət Heydərov – İnqvari Mikloş (Macarıstan)

Qadınlar

11:30. 63 kq

Nuriyə Axundova – Adriana Stefaniya Dobre (Rumıniya)


Boks

15:00. 49 kq. 1/8 final

Rüfət Hüseynov – David Alaverdian (İsrail)

19:30. 64 kq. 1/16 final

Bəxtiyar Qazıbəyov – Enriko Kruz (Hollandiya)

21:00. 75 kq, 1/8 final

Kamran Şahsuvarlı – Maykl Nevin (İrlandiya)


Velosiped idmanı

Şosse

13:00. Kişilər, qrup halında yürüş

Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli


Atıcılıq

Güllə atıcılığı

10:15. Kişilər, pnevmatik tapança, 10 m

Ruslan Lunyov

12:15. Qadınlar, pnevmatik tapança, 10 m

Nigar Nəsirova

Stend atıcılığı

10:00. Kişilər, trap

Əli Hüseynli


Ekspress.az

  • SON XƏBƏR
  • TREND