DƏHŞƏTLİ avtobus qəzasının səbəbi açıqlandı - FOTO


29.08.2019 12:00
110
DƏHŞƏTLİ avtobus qəzasının səbəbi açıqlandı - FOTO

Daxili İşlər Nazirliyi ötən gün Lənkəranda baş verən avtobus qəzası ilə məlumat yayıb. 


Ekspress.az həmin məlumatı təqdim edir:


“28 avqust, saat 18:40-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayonun Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşması ilə bağlı məlumat daxil olub.


Lənkəran ŞRPŞ-nin əməkdaşları dərhal hadisə baş vermiş dağlıq əraziyə yollanıb və sürücü Ələmdar Ağayevin hadisə zamanı dünyasını dəyişdiyi müəyyən olunub. Avtobusda olan 22 nəfər sərnişinin müayinə olunmaları üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılmaları təşkil olunub. Hazırda onlardan 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir, digərləri isə müayinədən və tibbi müdaxilədən sonra evə buraxılıb.


Hadisənin baş vermə səbəbinə gəldikdə isə Ağayev Ələmdar Şavəli oğlu ona məxsus PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusla yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə hərəkətə başlayaraq yoxuşu qalxarkən avtomaşında yaranmış texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib və avtomaşın geriyə hərəkət edərək həyətə aşıb”.



(qafqazinfo)


Ekspress.az