• 5 °C Bakı
  • -6 °C Quba
  • 1 °C Gəncə
  • -2 °C Yevlax
  • -5 °C Naxçıvan

"El Klassiko"da sülh bağlandı - FOTO

07.02.2019 01:52
101
"El Klassiko"da sülh bağlandı - FOTO

İspaniya Kral Kubokunun yarımfinal mərhələsində “Barselona”-“Real Madrid” qarşılaşması keçirilib.

 

Ekspress.az xəbər verir ki, “Kamp Nou”da baş tutan və 2019-cu ilin ilk “El Klassiko”su kimi tarixə düşən bu matçda qalib müəyyən olunmayıb.

 

Qeyd edək ki, katalonların kapitanı Lionel Messi start heyətdə meydana çıxmayıb. Argentinalı futbol ulduzu matçın 63-cü dəqiqəsində Filip Koutinyonun əvəzinə meydana daxil olub.

 

Oyunda ilk qolu 6-cı dəqiqədə “Real”ın heyətində Lukas Vazkes vurub. 57-ci dəqiqədə “Barselona”nın hücumçusu Malkom hesabı bərabərləşdirib.


"Barselona" - "Real Madrid" 1-1


Qeyd edək ki, yarımfinalın cavab oyunu fevralın 27-də Madriddə keçiriləcək.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND