Bankomatdan pul çıxararkən ehtiyatlı olun!

18.10.2019 14:51
85
Bankomatdan pul çıxararkən ehtiyatlı olun!

Bankomatdan pul çıxarmağa kömək istəyən Qobustan sakini soyğunçuluğa məruz qalıb.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şamaxı RPŞ-yə müraciət edən Qobustan rayon sakini X.Nəzərov oktyabrın 17-də Şamaxı şəhəri ərazisindəki bankomatların birində pulunu çıxarmasına köməklik edən şəxsin onun 200 manatını çıxararaq aparmasını bildirib.


Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini H.Yadigarlı müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. (unikal)


Ekspress.az