• 7 °C Bakı
  • -3 °C Quba
  • 6 °C Gəncə
  • 1 °C Yevlax
  • 2 °C Naxçıvan

İlham Əliyev-Paşinyan görüşü razılaşdırılır - Elmar Məmmədyarov

14.03.2019 15:32
42
İlham Əliyev-Paşinyan görüşü razılaşdırılır - Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hazırda Bakı ilə Yerevanın Azərbaycan prezidenti İlham Əliyevlə, Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşünün təqvimini razılaşdırmağa çalışdıqlarını bildirib.


“Azərbaycan prezidenti və Ermənistan baş nazirinin görüşə hazırlıqlar gedir. Həmsədrlər bu istiqamətdə iş aparır. Hazırda təqvimlər razılaşdırılmaq üzrədir (İnterfaks-Azərbaycan). Razılıq əldə olunsa, sonradan elan olunacaq”, - deyə E.Məmmədyarov bildirib.


Onun sözlərinə görə, həmçinin, iki ölkənin XİN rəhbərləri səviyyəsində görüşə hazırlıqlar gedir.


Məmmədyarov erməni həmkarı ilə görüşün yüksək səviyyəli görüşdən əvvəl keçiriləcəyini istisna etməyib.


“Hər şey ola bilər. Qabaqcadan danışıb ajiotaj yaratmaq istəmirəm”, - nazir əlavə edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND