Azərbaycanda 5 uşaq anası özünü asdı - BORCA GÖRƏ


25.05.2019 10:37
348
Azərbaycanda 5 uşaq anası özünü asdı - BORCA GÖRƏ

Bu gün səhər saat 4 radələrində Neftçala rayonunda intihar hadisəsi baş verib.


Ekspress.az xəbər verir ki, Neftçala rayonunun Xəzərkənd kəndinin sakini, 1989-cu ildə anadan olmuş Turanə Gülhüseyn qızı Sərhədova özünü həyətlərindəki yarımtikilinin qapısından asaraq intihar edib.


Hələlik intiharın dəqiq səbəbi müəyyən olunmasa da, hadisənin ailənin qaytara bilmədiyi borc ucbatından baş verdiyi deyilir (virtualaz.org). Məlumata görə, qadın 5 uşaq anasıdır. 


Faktla bağlı araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND