İmişlidə taxıl zəmilərindən 70,8 min tondan çox məhsul yığılıb

04.07.2019 12:31
112
İmişlidə taxıl zəmilərindən 70,8 min tondan çox məhsul yığılıb


İmişlidə taxıl yığımı başa çatıb. Ölkəmizdə aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyindən bəhrələnən fermerlər taxıl zəmilərindən anbarlara 70 min 821 ton məhsul daşıyıblar.


Ekspress.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonun taxılçıları ötən ilin payızında 19 min 37 hektar taxıl əkiblər, bunun da 6 min 322 hektarını arpa, 12 min 715 hektarını isə buğda sahələri təşkil edib.


Biçin aparılmış arpa sahələrindən 21 min 621 ton, buğda zəmilərindən isə 49 min 200 ton məhsul götürülüb. Arpa sahələrinin hər hektarının məhsuldarlığı 34,2 sentner, buğda sahələrində isə 38,7 sentner olub. Rayon üzrə hər hektar taxıl sahəsinin məhsuldarlığı 37,5 sentner təşkil edib ki, bu da ötən ildəkindən 1,3 sentner çoxdur.


Qeyd edək ki, imişlili əkinçilər bu il ötən ildəkindən 2451 ton çox məhsul istehsal ediblər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND