ABŞ Senatı Səudiyyə Ərəbistanına silah satışını qadağan etdi


21.06.2019 09:25
152
ABŞ Senatı Səudiyyə Ərəbistanına silah satışını qadağan etdi

ABŞ Senatı Ər-Riyada silah satışı üzrə planlarına qarşı qətnamə qəbul edib.


Ekspress.az xəbər verir ki, ABŞ Konqresinin Senatı onun razılığı olmadan Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinə silah satışı üzrə saziş bağlanmasının dayandırmasını tələb edən 22 qətnamə qəbul edib.


“TASS” xəbər verir ki, qətnamələri senatorların yarıdan çoxu təsdiq edib.


Qanuna əsasən, ABŞ-ın Müdafiə Nazirliyi Konqresi digər ölkələrə silah satışı və ya onların hərbi təchizatı planları barədə məlumatlandırmalıdır (oxu.az).


Mayın 24-də ABŞ-ın Dövlət katibi Maykl Pompeo fövqəladə hüquqdan istifadə edərək və qanunvericilərin razılığı olmadan “İranın təcavüzünün qarşısının alınması” üçün İordaniya, BƏƏ və Səudiyyə Ərəbistanına 8,1 milyard dollar dəyərində silah satışı həyata keçırmək istəyib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND