Türkiyə çətin qələbə qazandı, İngiltərə uduzdu

12.10.2019 11:53
589
Türkiyə çətin qələbə qazandı, İngiltərə uduzdu

AVRO-2020-nin seçmə mərhələsi davam edir.


Ekspress.az xəbər verir ki, VII turun ikinci oyun günündə yeddi qarşılaşma keçirilib.

Qonşu Türkiyə yığması Albaniyanı qəbul edib. Final mərhələsinə vəsiqəyə iddialı olan “ay-ulduzlular” qələbə qolunu son dəqiqələrdə vurublar. H qrupunun favoriti Fransa səfərdə İslandiyanı bir qolla məğlub edib. Andorra isə Moldova ilə matçda ilk qələbəsinə sevinib.

B qrupunda favoritlər qələbə qazanıblar. Ukrayna Litvanı, Portuqaliya Lüksemburqu yenərək final mərhələsinə bir addım da yaxınlaşıblar.


AVRO-2020-yə vəsiqəni indidən təmin etmək üçün qalib gəlməli olan İngiltərə Çexiyaya uduzub. Bu qrupun digər matçında Monteneqro Bolqarıstanla bərabərə qalıb. (unikal)


Ekspress.az