Unibank kiçik və orta sahibkarlara biznes krediti təklif edir 

28.02.2019 12:25
370
Unibank kiçik və orta sahibkarlara biznes krediti təklif edir 

Unibank kiçik və orta sahibkarlar üçün yaz kampaniyası keçirir. Novruzun çərşənbələrinə həsr olunmuş “4 çərşənbə - 4 güzəşt” kampaniyası biznes sahiblərinə seçim imkanı yaradır.

 

Unibank KB-nin Mikromaliyyələşdirmə Departamentinin rəhbəri Rauf Ağayev bildirib ki, dörd təklifin hər birində sahibkarlar üçün güzəştlər nəzərdə tutulub:


“Baharın gəlişi biznesin inkişafı üçün ən məhsuldar dövrdür. Təklif etdiyimiz 4 paketin hər biri sahibkarların istəklərinə uyğun hazırlanıb. Biznes sahibləri özləri üçün ən sərfəli olan kampaniyanı seçə bilərlər. “4*4” kampaniyası martın 31-dək davam edəcək”.

 

4 paketdən ibarət kampaniya aşağıdakı təkliflərdən ibarətdir:

 

Su çərşənbəsi təklifi:

0% komissiya;

5000 AZN-dək kreditlərin zamin olmadan verilməsi;

ALBALI debet kartı hədiyyə;

12 ayadək güzəşt müddəti.

 

 Od çərşənbəsi təklifi:

Cari faizə 4%-dək endirim;

Son 3 ayın faizlərinə güzəşt;

ALBALI debet kart hədiyyə;

12 ayadək güzəşt müddəti.

 

Yel çərşənbəsi təklifi:

0% komissiya;

Son 3 ayın faizlərinə güzəşt;

ALBALI debet kart hədiyyə;

12 ayadək güzəşt müddəti.

 

 Torpaq çərşənbəsi təklifi:

0% komissiya;

Cari faizə 4%-dək endirim;

ALBALI Debet kart hədiyyə;

12 ayadək güzəşt müddəti.


Ekspress.az