Azərbaycan ilk xalını Xorvatiya ilə oyunda qazandı

09.09.2019 23:22
141
Azərbaycan ilk xalını Xorvatiya ilə oyunda qazandı

Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.


Ekspress.az xəbər verir ki, yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu komandamızın ilk xalı olub.


E qrupunun digər görüşündə Slovakiya Macarıstanın qonağı olacaq.


Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzub. (unikal)


Ekspress.az