Xəzərdə 4 balıqçı itkin düşdü, axtarışa helikopter cəlb olundu

08.10.2019 16:54
51
Xəzərdə 4 balıqçı itkin düşdü, axtarışa helikopter cəlb olundu

Azərbaycanda 4 balıqçı itkin düşüb.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.


Axtarışlara FHN-in Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək. (axar)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND