Bu ay internet 70 faiz ucuzlaşacaq


08.05.2019 15:40
245
Bu ay internet 70 faiz ucuzlaşacaq

Mayın 10-dan etibarən provayderlərə təmin olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim olacaq.


Bu barədə məlumat Ekspress.az -a Delta Telekom MMM-dən verilib. Məlumata görə, şirkət istifadəçilərə göstərilən internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin əlçatan olması məqsədiylə kampaniyaya başlayıb.


“Endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir (axar.az).


Maraqlı olan provayderlər, endirim paketi haqda ətraflı məlumat almaq üçün müəssisəmizə müraciət edə bilər”, - Delta Telekom bildirib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND