Hindistan da ABŞ-ın İran qadağasına qarşı çıxdı


22.04.2019 15:57
134
Hindistan da ABŞ-ın İran qadağasına qarşı çıxdı

Hindistan ümid edir ki, ABŞ tərəfdaşlarına maydan sonra da İran nefti almağa imkan verəcək.


Ekspress.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb. Mənbə İrandan neft tədarükünün bir anda sıfıra endirilməsinin doğru olmadığını deyib.


Qeyd edək ki, Hindistan İran neftinin Çindən sonra ən böyük idxalatçısıdır (axar.az). Noyabrda ABŞ-ın İrana qarşı sanksiyalarının tətbiqindən sonra Dehli Tehrandan neft alışını iki dəfə azaldıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND