Yol­çök­dü­rən­lər

25.12.2018 20:15
491
Yol­çök­dü­rən­lər

Ah, gö­zəl məm­lə­kə­tim. Bir yo­la mil­yon­lar xərc­lə­yir­lər, bu ba­şın­dan o ba­şı­na çat­ma­mış yol­lar çö­kür. Nə­di, yol­çə­kən­lə­ri də xa­ric­dən gə­tir­dək?!


Son 4-5 ayın için­də ar­tıq 3-cü, ya 4-cü yol çök­mə­si­dir bu. Bir ne­çə gün ön­cə No­bel pros­pek­tin­də, "Azər­nef­tyağ" neft ema­lı za­vo­du­nun qar­şı­sın­da­kı yol­da çök­mə olub. Yol­da­kı "hu­ma­nist­li­yə" ba­xın, ge­cə çö­küb ki, bir kim­sə zi­ya­na düş­mə­sin. Yol­da­kı prob­lem ar­tıq ara­dan qal­dı­rı­lıb. De­yi­lən­lə­rə gö­rə, bu yo­lun da çök­mə­si­nə sə­bəb su sız­ma­sı olub. Azər­bay­can Av­to­mo­bil Yol­la­rı Döv­lət Agent­li­yi­nin İc­ti­ma­iy­yət­lə əla­qə­lər şö­bə­si­nin rəi­si Anar Nə­cəf­li "Trend"ə de­yib ki, ha­zır­da mü­tə­xəs­sis­lər tə­rə­fin­dən su­yun ora han­sı yol ilə sız­ma­sı­nın sə­bəb­lə­ri araş­dı­rı­lır. Araş­dır­ma­nın nə­ti­cə­lə­ri­ni göz­lə­yək.


Ümu­miy­yət­lə, adı­çə­ki­lən ün­van­da yol çök­mə­si ha­di­sə­si bi­rin­ci hal de­yil, heç so­nun­cu ola­ca­ğı­na da zə­ma­nət yox­dur. Be­lə ki,


No­bel pros­pek­tin­də "Azər­nef­tyağ" neft ema­lı za­vo­du­nun qar­şı­sın­da ya­ra­nan çök­mə 2014-cü il­də də baş ver­miş­di. Yo­lun alt his­sə­sin­dən ke­çən, eni 1860 mm olan ka­na­li­za­si­ya kol­lek­to­ru­nun sız­ma­sı nə­ti­cə­sin­də yo­lun əsa­sı və tor­paq ya­ta­ğı yu­yu­lub və bu­nun­la da as­falt-be­ton ör­tü­yü ta­ma­mi­lə çök­müş­dü.


No­bel pros­pek­tin­də­ki yol çök­mə­si bir-iki ay əv­vəl baş ver­miş baş­qa yol çök­mə­si­ni ya­da sal­dı. Səhv et­mi­rəm­sə, yay fəs­lin­də Cə­lil Məm­məd­qu­lu­za­də kü­çə­sin­də çök­mə ol­muş­du. O vaxt rəs­mi­lər bil­dir­miş­di­lər ki, çök­mə­nin sə­bə­bi əra­zi­yə Azər­bay­can Av­to­mo­bil Yol­la­rı Döv­lət Agent­li­yi tə­rə­fin­dən cəlb edil­miş ağır tex­ni­ka­lar qa­zın­tı iş­lə­ri apar­dıq­dan son­ra bəl­li ola­caq. Qa­zın­tı iş­lə­ri apa­rıl­dı da, yol bər­pa olun­du da, am­ma mən bi­lə­ni sə­bəb açıq­lan­ma­dı.


Ol­sun elə ok­tyabr­da Xır­da­lan­da baş ve­rən yol çök­mə­si. Şə­hə­rin Qa­lu­biy­yə kü­çə­sin­də baş ve­rən yo­lun çök­mə­si­nə


Xır­da­lan­da apa­rı­lan su-ka­na­li­za­si­ya sis­tem­lə­ri­nin ye­ni­dən qu­rul­ma­sı sə­bəb ol­muş­du. Yə­ni, o vaxt əra­zi­də su təc­hi­za­tı və ka­na­li­za­si­ya sis­tem­lə­ri­nin ye­ni­dən­qu­rul­ma­sı iş­lə­ri apa­rı­lıb, ha­di­sə baş ve­rən yer­də qa­zın­tı iş­lə­ri ge­dib. İş­lər bit­dik­dən son­ra hə­min ye­rə as­falt ör­tü­yü çə­ki­lib. Ka­na­li­za­si­ya lük­lə­ri ye­ni­dən qo­yu­lub. As­falt bər­ki­mə­di­yin­dən ya­ğan ya­ğış su­la­rı da sı­za­raq as­fal­tın al­tı­na yı­ğı­lıb. Və...


Da­nı­şan­da ağız­la­rı çul­lu dov­şan sı­ğış­mır. Ki, be­lə mü­tə­xəs­sis­lə­ri­miz var, elə bi­li­ci­lə­ri­miz var. İş gör­mə­yə gə­lən­də bəs o mü­tə­xəs­sis­lər­dən ni­yə is­ti­fa­də olun­mur?


Nə­sə, yol­la­rı­mız çö­kə-çö­kə ge­dir. Yol­la­ra xərc­lə­nən mil­yon­la­ra gö­rə ca­vab­deh­lik da­şı­yan­sa yox­dur...