BMT Baş katibinin müavini Azərbaycana səfərə gəlib


23.06.2019 10:13
73
BMT Baş katibinin müavini Azərbaycana səfərə gəlib

BMT Baş katibinin müavini Lui Zemin Azərbaycana səfərə gəlib.


Ekspress.az -ın xəbərinə görə, səfər çərçivəsində o, iyunun 24-26-da Bakıda keçiriləcək BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak edəcək.


Qeyd edək ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-nin birgə təşkilatçılığı ilə baş tutacaq Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanda təşkil olunacaq ilk BMT tədbiridir (report). 2003-cü ildən keçirilən BMT-nin Dövlət Xidmətləri Forumuna ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edəcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND