PSJ klubu 18 milyon avroluq futbolçu transfer edib

02.07.2019 21:14
177
PSJ klubu 18 milyon avroluq futbolçu transfer edib

Fransanın PSJ klubu növbəti transferini reallaşdırıb.


Paris təmsilçisi İspaniyanın “Sevilya” klubunun futbolçusu Pablo Sarabiyanı heyətinə qatıb.


27 yaşlı yarımmüdafiəçinin keçidi 18 milyon avroya başa gəlib. Futbolçu ilə 5 illik müqavilə imzalanıb (APA).


Qeyd edək ki, ispaniyalı futbolçu 2018/19 mövsümündə “Sevilya”nın heyətində 45 oyuna 19 qol vurub.


Ekspress.az