Azərbaycanda iki voleybol klubu fəaliyyətini dayandırıb


30.04.2019 14:17
131
Azərbaycanda iki voleybol klubu fəaliyyətini dayandırıb

Azərbaycanda iki voleybol klubu fəaliyyətini dayandırıb. 


Ekspress.az -ın məlumatına görə, "Abşeron” və "Lokomotiv” komandaları ləğv olunmaları ilə bağlı Vergilər Nazirliyinə müraciət edib. 


Qeyd olunur ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 230 ünvanına bildirə bilərlər.


"Abşeron” yalnız qadın voleybolçular arasında keçirilən Super Liqada çıxış edirdisə, "Lokomotiv” həm qadınlar, həm də kişilər arasında baş tutan ölkə çempionatında mübarizə aparıb. 


Bu mövsüm 4 komanda arasında oynanılan Super Liqada "dəmiryolçular” ikinci olduğu halda, "Abşeron” bürünc medal qazanıb (ONA). 


Kişi voleybolçulardan ibarət "Lokomotiv” klubu isə son 3 mövsümdə Azərbaycan çempionu tituluna yiyələnib. Onlar ölkəmizi "Çelenc Cup"da da təmsil ediblər.


Qeyd edək ki, hər iki komanda 2016-cı ildə yaradılmışdı.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND