Azərbaycanda illik inflyasiya 2,7% olub


12.07.2019 11:20
110
Azərbaycanda illik inflyasiya 2,7% olub

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 2,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,7%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,2% artıb. 


Ekspress.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) açıqlamasında bildirilir. 


Təkcə iyun ayında isə istehlak məhsulları və xidmətləri may ayına nisbətən 0,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 1,1% ucuzlaşmış, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.


Ay ərzində mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, bananın, albalının, gilasın, alçanın, əriyin, şaftalının, kələmin, pomidorun, xiyarın, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, energetik içkilərin qiymətlərində azalma, yumru düyünün, buğda ununun, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, kərə və bitki yağlarının, limonun, çiyələyin, şabalıdın, göyərtinin, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, dondurmanın, mineral suların, kola içkisi və limonadın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND