• 17 °C Bakı
  • 16 °C Quba
  • 25 °C Gəncə
  • 17 °C Yevlax
  • 17 °C Naxçıvan

Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın mü­ra­ciə­ti elekt­ron qay­da­da apa­rı­lır

08.11.2018 20:19
394
Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın mü­ra­ciə­ti elekt­ron qay­da­da apa­rı­lır

Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­lar üçün elekt­ron xid­mət gös­tə­rir. 2013-cü il­dən gös­tə­ril­mə­si­nə baş­la­nı­lan xid­mət "Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın elekt­ron mü­ra­ciə­ti" ad­la­nır.


Xid­mə­tin məq­sə­di xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­la­rın hü­quq və azad­lıq­la­rı­nın po­zul­ma­sı hal­la­rı­nın vax­tın­da aş­kar edil­mə­si, ha­be­lə di­as­por təş­ki­lat­la­rı tə­rə­fin­dən öl­kə­miz­lə bağ­lı hə­qi­qət­lə­rin təb­li­ği, mil­li-mə­də­ni ir­si­mi­zin ta­nı­dıl­ma­sı üçün im­kan­la­rın asan­laş­dı­ırl­ma­sı­dır. Elekt­ron xid­mət va­si­tə­si­lə soy­daş­la­rı­mız­la Ko­mi­tə ara­sın­da bir­ba­şa və da­ha ra­hat əla­qə qu­ru­lur. Bu xid­mə­tin kö­mək­li­yi ilə xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın di­as­por qu­ru­cu­lu­ğu ilə bağ­lı ha­zır­la­nan la­yi­hə­lər­dən ət­raf­lı, vax­tın­da və bi­rin­ci mən­bə­dən mə­lu­mat al­maq im­ka­nı ya­ra­nır.


Elekt­ron xid­mə­tin ef­fek­tiv­li­yi­ni ar­tır­maq məq­sə­di­lə Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si "Elekt­ron hö­ku­mət" por­ta­lı­na da qo­şu­lub.


2015-ci il­də Ko­mi­tə xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın mü­ra­ci­ət­lə­ri­nin qə­bu­lu üz­rə in­zi­ba­ti req­la­ment qə­bul edib.


Elekt­ron xid­mə­tin məz­mu­nu xa­ri­ci öl­kə­lər­də ya­şa­yan Azər­bay­can və­tən­daş­la­rı­nın, di­as­por təş­ki­lat­la­rı­nın, elə­cə də Azər­bay­can və­tən­da­şı ol­ma­yan azər­bay­can­lı­la­rın əri­zə, şi­ka­yət və tək­lif­lə­ri­nin Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si tə­rə­fin­dən elekt­ron qay­da­da qə­bu­lu, araş­dı­rıl­ma­sı və ca­vab­lan­dı­rıl­ma­sı­nı əha­tə edir.


Elekt­ron xid­mə­tin ic­ra müd­də­ti mak­si­mu 30 gün­dür. Mü­ra­ciə­tə "Və­tən­daş­la­rın mü­ra­ci­ət­lə­ri haq­qın­da" Qa­nu­nun tə­ləb­lə­ri nə­zə­rə alın­maq­la ən ge­ci 15 iş gü­nü, əla­və öy­rə­nil­mə və yox­la­nıl­ma tə­ləb edən mü­ra­ci­ət­lə­rə isə ən ge­ci 30 iş gü­nü müd­də­tin­də ba­xı­lır. Mü­ra­ciə­tə ba­xıl­ma­sı üçün əla­və mə­lu­mat­la­rın əl­də edil­mə­si və ya ai­diy­yə­ti üz­rə sor­ğu gön­də­ril­mə­si tə­ləb edil­dik­də mü­ra­ciə­tə ba­xıl­ma­sı müd­də­ti mü­ra­ciə­tə ba­xan or­qan tə­rə­fin­dən ən ço­xu 30 iş gü­nü uza­dı­la bi­lər və bu ba­rə­də mü­ra­ci­ət edən şəx­sə mə­lu­mat ve­ri­lir.


Hər­bi qul­luq­çu­la­rın və on­la­rın ai­lə üzv­lə­ri­nin mü­ra­ci­ət­lə­ri­nə da­xil ol­du­ğu gün­dən eti­ba­rən ən ge­ci 15 iş gü­nü ər­zin­də ba­xı­lır. Əgər mə­lu­ma­tın ve­ril­mə­si ba­rə­də mü­ra­ciə­tə yu­xa­rı­da gös­tə­ri­lən müd­dət­lər­də ba­xıl­ma­sı nə­ti­cə­sin­də la­zım olan mə­lu­mat öz əhə­miy­yə­ti­ni iti­rə bi­lər­sə, hə­min mü­ra­ciə­tə dər­hal, bu müm­kün ol­ma­dıq­da mü­ra­ciə­tin da­xil ol­du­ğu an­dan 24 sa­at ke­çə­nə­dək ba­xı­lır.

Ko­mi­tə­nin qə­ra­rı­na gö­rə xa­ri­ci öl­kə­lər­də ya­şa­yan Azər­bay­can və­tən­daş­la­rı­nın, di­as­por təş­ki­lat­la­rı­nın, elə­cə də Azər­bay­can və­tən­da­şı ol­ma­yan azər­bay­can­lı­la­rın mü­ra­ci­ət­lə­ri elekt­ron for­ma­da qə­bul edi­lir və ca­vab­lan­dı­rı­lır.


Elekt­ron xid­mət ödə­niş­siz­dir. Elekt­ron xid­mət­dən is­ti­fa­də edil­mə­si üçün hər han­sı sə­nəd tə­ləb olun­mur. Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın mü­ra­ci­ət­lə­ri­nin qə­bu­lu üz­rə elekt­ron xid­mət is­ti­fa­də­çi­lər üçün da­im açıq­dır və mü­ra­ci­ət edil­mə­si hər han­sı qay­da­da məh­dud­laş­dı­rı­la bil­məz.

Elekt­ron xid­mət­dən is­ti­fa­də üçün www.di­as­po­ra.gov.az və ya www.e-gov.az por­ta­lı­na da­xil ol­maq la­zım­dır.


İs­ti­fa­də­çi elekt­ron ün­van­lar­dan bi­ri­nə da­xil ola­raq elekt­ron xid­mə­ti se­çir, açı­lan sə­hi­fə­də fi­zi­ki şəxs­lər - ad, so­yad, ata adı, və­tən­daş­lıq, do­ğum ye­ri və ta­ri­xi, ün­van, əla­qə mə­lu­mat­la­rı (te­le­fon nöm­rə­lə­ri, e-ma­il), hü­qu­qi şəxs­lər (di­as­por təş­ki­la­tı) isə təş­ki­la­tın adı, yer­ləş­di­yi öl­kə, hü­qu­qi ün­va­nı, əla­qə mə­lu­mat­la­rı (te­le­fon və faks nöm­rə­lə­ri, e-ma­il) ba­rə­də mə­lu­mat­la­rı da­xil et­mək­lə mü­ra­ciə­ti sər­bəst for­ma­da dol­dur­duq­dan son­ra elekt­ron im­za ilə təs­diq edib mü­va­fiq elekt­ron ün­va­na gön­də­rir.

Sor­ğu elekt­ron ün­van­lar­dan bi­ri­nə da­xil ol­du­ğu gün Ko­mi­tə­nin Hü­quq tə­mi­na­tı, ümu­mi və kadr­lar şö­bə­si tə­rə­fin­dən qey­diy­ya­ta alı­nır və is­ti­fa­də­çi­nin elekt­ron poçt ün­va­nı­na mü­ra­ciə­tin da­xil ol­ma­sı ba­rə­də bil­di­riş gön­də­ri­lir.


Mə­lu­mat­lar düz­gün da­xil edil­mə­dik­də sor­ğu Ko­mi­tə tə­rə­fin­dən qə­bul edil­mir və ona ba­xıl­mır.

Sor­ğu­nun ic­ra­sı üçün hə­min sor­ğu­da qeyd olu­nan mə­sə­lə­yə ai­diy­yə­ti olan struk­tur böl­mə­nin rəh­bə­ri və ya onu əvəz edən şəxs mə­su­liy­yət da­şı­yır.


Hü­quq tə­mi­na­tı, ümu­mi və kadr­lar şö­bə­si tə­rə­fin­dən sor­ğu qey­diy­ya­ta alın­dıq­dan son­ra və ic­ra edil­mə­si üçün Ko­mi­tə­nin ai­diy­yə­ti şö­bə­lə­ri­nə gön­də­ri­lir. Sor­ğu ai­diy­yə­ti şö­bə tə­rə­fin­dən nor­ma­tiv hü­qu­qi akt­la­ra uy­ğun ola­raq qeyd edi­lən müd­dət­lər nə­zə­rə alın­maq­la araş­dı­rı­lır və zə­ru­rət ya­ran­dıq­da ai­diy­yə­ti qu­rum­la­ra əla­və sor­ğu­lar gön­də­ri­lir. Sor­ğu­ya ba­xıl­maq üçün əla­və ma­te­ri­al­lar tə­ləb et­mək, ai­diy­yə­ti üz­rə sor­ğu gön­dər­mək, ya­xud baş­qa təd­bir­lər gör­mək la­zım gəl­di­yi hal­lar­da ona ba­xıl­ma müd­də­ti ən ço­xu 30 iş gü­nü uza­dı­lır və bu ba­rə­də is­ti­fa­də­çi­yə mə­lu­mat ve­ri­lir.

Sor­ğu­nun araş­dı­rıl­ma­sı nə­ti­cə­sin­də ha­zır­la­nan ca­vab elekt­ron for­ma­da is­ti­fa­də­çi­yə gön­də­ri­lir. Ca­vab is­ti­fa­də­çi­nin is­tə­yin­dən ası­lı ola­raq poçt ra­bi­tə­si va­si­tə­si­lə də təq­dim olu­na bi­lər. Mü­ra­ci­ət ba­xıl­ma­mış sax­la­nıl­dıq­da bu ba­rə­də is­ti­fa­də­çi­yə mə­lu­mat ve­ri­lir.

İs­ti­fa­də­çi tə­rə­fin­dən təq­dim edi­lən sor­ğu­nun qə­bul edil­mə­si və ca­vab­lan­dı­rıl­ma­sı ba­rə­də is­ti­fa­də­çi­nin elekt­ron poçt ün­va­nı­na mə­lu­mat gön­də­ri­lir.

Req­la­men­tə əsa­sən elekt­ron xid­mə­tin ye­ri­nə ye­ti­ril­mə­si­nə nə­za­rət Ko­mi­tə­nin hü­quq tə­mi­na­tı, ümu­mi və kadr­lar şö­bə­si hə­ya­ta ke­çi­rir. Nə­za­rət məq­sə­di­lə kar­gü­zar­lıq və da­xil olan mü­ra­ci­ət­lə­rin av­to­mat­laş­dı­rıl­mış re­cim­də mü­tə­ma­di mo­ni­to­rin­qi apa­rı­lır.


Elekt­ron xid­mət­dən is­ti­fa­də edən şəxs­lər gös­tə­ri­lən elekt­ron xid­mət­lə bağ­lı onu ra­zı sal­ma­yan is­tə­ni­lən mə­sə­lə ba­rə­də in­zi­ba­ti qay­da­da yu­xa­rı sə­la­hiy­yət­li or­qa­na və ya məh­kə­mə­yə şi­ka­yət edə bi­lər. Şi­ka­yət ka­ğız üzə­rin­də və ya elekt­ron qay­da­da tər­tib olu­nur. Ka­ğız üzə­rin­də şi­ka­yət Ko­mi­tə­nin poçt ün­va­nı­na, elekt­ron şi­ka­yət isə həm Ko­mi­tə­nin, həm də elekt­ron-hö­kü­mət por­ta­lı­nın e-poçt ün­va­nı­na gön­də­ri­lir.


Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın elekt­ron mü­ra­ciə­ti­nə Xa­ri­ci İş­lər Na­zir­li­yi tə­rə­fin­dən də ba­xı­la bi­lər. Əgər mü­ra­ciə­tin məz­mu­nu Ko­mi­tə­nin fəa­liy­yət is­ti­qa­mət­lə­ri ilə bağ­lı de­yil­sə o hal­da Xa­ri­ci İş­lər Na­zir­li­yi mə­sə­lə­ni öy­rə­nir. Bu xid­mət xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin sə­la­hiy­yət­lə­ri­nə da­ir mü­ra­ci­ət­lə­ri­nə ba­xıl­ma­sı­nı, araş­dı­rıl­ma­sı­nı və ca­vab­lan­dı­rıl­ma­sı­nı əha­tə edir.


Qa­nun­ve­ri­ci­lik­də di­gər hal­lar nə­zər­də tu­tul­ma­dı­ğı təq­dir­də, Xa­ri­ci İş­lər Na­zir­li­yi­nə da­xil olan mü­ra­ciə­tə 1 ay ər­zin­də ba­xı­lır.

Qeyd edək ki, Ko­mi­tə tə­rə­fin­dən gös­tə­ri­lən xid­mət müa­sir döv­rün əsas tə­ləb­lə­rin­dən bi­ri­dir. Elekt­ron mü­na­si­bət­lə­rin, əla­qə­lə­rin hə­ya­tı­mı­zın ay­rıl­maz bir his­sə­si­nə çev­ril­di­yi in­di­ki za­man­da elek­ton xid­mət­lər sis­te­min­dən fay­da­lan­maq önəm­li­dir.


Bu­na gö­rə də in­for­ma­si­ya kom­mu­ni­ka­si­ya tex­no­lo­gi­ya­lar­ından is­ti­fa­də im­kan­la­rı ar­tı­rı­la­caq. Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin əmək­da­şı Ca­hid İs­ma­yı­loğ­lu az­xe­ber.com-a mü­sa­hi­bə­sin­də qeyd edib ki, Döv­lət Ko­mi­tə­si­nin İKT inf­rast­ruk­tu­ru­nun əsas qis­mi ye­ni­dən qu­ru­lub və bu is­ti­qa­mət­də bir çox ide­ya­la­rı re­al­laş­dı­rı­lır: "Di­as­por qu­ru­cu­lu­ğu is­ti­mə­tin­də ide­ya­lar bol­dur, Döv­lət Ko­mi­tə­si­nin məş­ğul ol­du­ğu ob­yekt­lər və hə­dəf­lər isə öl­kə hü­du­du­la­rın­dan xe­yi­li uzaq­da­dır və sa­yı mil­yon­lar­la­dır. Bu­na gö­rə də İKT-nin im­kan­la­rın­dan mak­si­mum sə­viy­yə­də ya­rar­lan­ma­lı­yıq, da­ha də­qiq de­səm, bu ar­tıq çox­dan zə­ru­rə­tə çev­ri­lib.


Döv­lət Ko­mi­tə­sinin rəs­mi in­ter­net say­tı­nı ye­ni tər­ti­bat­da, üç dil­də is­ti­fa­də­yə ver­dik. Ən əsa­sı sayt mü­tə­ma­di ola­raq, üç dil­də ye­ni­lə­nir, məz­mu­nu gün­bə­gün zən­gin­lə­şir. Say­tın təh­lü­kə­siz­li­yi mak­si­mum sə­viy­yə­də tə­min edi­lib, çün­ki düş­mə­nin gö­zü da­im bu məz­mun­lu veb­sayt­la­rın üzə­rin­də olur. Sta­tis­tik gös­tə­ri­ci­lər nə­zə­rə alın­maq­la say­tın mo­bil və di­gər qur­ğu­la­rı dəs­tək­lə­mə­si tə­min edi­lib. Sayt so­si­al şə­bə­kə­lər ilə ta­ma­mi­lə in­teq­ra­si­ya edi­lib və həm veb­sayt üz­rə, həm də ay­rı­ca so­si­al şə­bə­kə­lər üz­rə əha­tə­li ana­li­tik he­sa­bat­la­rın qey­diy­ya­tı apa­rı­lır".


O qeyd edib ki, di­as­po­ra­map.com in­forq­ra­fik xə­ri­tə pat­for­ma­sı is­ti­fa­də­yə ve­ri­lib, bu­ra­da müx­tə­lif öl­kə­lər­də­ki di­as­por təş­ki­lat­la­rı və ta­nın­mış azər­bay­can­lı­la­rı öl­kə­lər üz­rə top­la­nıb.

C.İs­ma­yı­loğ­lu vur­ğu­la­yıb ki, mul­ti­me­dia meh­sul­la­rı­nın sa­yı­nı ar­tır­maq­la Döv­lət Ko­mi­tə­si haq­qın­da in­for­ma­si­ya boş­lu­ğu­nu dol­dur­maq müm­kün olub: "Vi­deo və in­forq­ra­fik çarx­lar, slayd və təq­di­mat xa­rak­ter­li in­for­ma­si­ya­lar say­tı­mı­zın və so­si­al şə­bə­kə­lə­rin kö­mə­yi ilə ge­niş ic­ti­ma­iy­yə­tə çat­dı­rıl­dı.


Müa­sir döv­rün tə­lə­bi­nə uy­ğun ola­raq so­si­al şə­bə­kə­lə­rə - əsa­sən fa­ce­bo­ok, twit­ter, you­tu­be-a diq­qət ar­tı­rı­lıb. Xü­su­si­lə so­si­al şə­bə­kə­lər üçün müx­tə­lif rub­ri­ka­lar üz­rə ha­zır­lan­mış mul­ti­me­dia ma­te­ri­al­la­rı və rəs­mi veb­say­tın in­for­ma­si­ya pay­la­şım­la­rı he­sa­bı­na iz­lə­yi­ci­lə­rin sa­yın­da bö­yük ar­tım ol­du və pro­ses sü­rət­lə da­vam et­mək­də­dir.


Bü­tün bu pro­ses­lə­rin nə­ti­cə­si ola­raq Döv­lət Ko­mi­tə­si­nin rəs­mi say­tı­nın əla­qə böl­mə­si­nə, e-poç­tu­na, so­si­al şə­bə­kə he­sab­la­rı­nın me­sac­lar qu­tu­su­na, dün­ya­nın dörd bir ya­nın­dan ün­van­la­nan mək­tub­la­rın sa­yı tə­bii ola­raq art­dı, bü­tün mək­tub­lar ca­vab­lan­dı­rı­lır və ai­diy­ya­tı üz­rə is­ti­qa­mət­lən­di­ri­lir".


O qeyd edib ki, di­as­por təş­ki­lat­la­rı­na on­la­rın elekt­ron və so­si­al me­dia­da işi­ni güc­lən­dir­mək məq­sə­di­lə in­for­ma­si­ya-kom­mu­ni­ka­si­ya tex­no­lo­gi­ya­la­rı sa­hə­sin­də tam ödə­niş­siz tex­ni­ki dəs­tək tək­lif edi­lir: "Di­as­por təş­ki­lat­la­rı­nın in­ter­net sayt­la­rı­nın ha­zır­lan­ma­sı, e-poçt xid­mət­lə­ri­nin ya­ra­dıl­ma­sı və di­gər in­no­va­tiv mə­sə­lə­lər­də, elə­cə də so­si­al me­dia­da mar­ke­tinq işi­nin təş­ki­li­nə da­ir dəs­tək gös­tə­rə­cə­yik. Bu dəs­tə­yə eh­ti­ya­cı olan və on­dan ya­rar­lan­maq is­tə­yən di­as­por təş­ki­lat­la­rı www.di­as­por.org ün­va­nı­na da­xil olub qey­diy­yat for­ma­sı­nı dol­dur­maq­la on­layn qay­da­da mü­ra­ci­ət et­mə­li­dir. Qeyd edim ki, bü­tün təş­ki­lat­la­rın sayt­la­rı www.di­as­por.org do­me­ni­nin sub­do­me­ni al­tın­da - va­hid mər­kəz­də top­la­na­caq. Bir da­ha vur­ğu­la­yaq ki, di­as­por təş­ki­lat­la­rı­na tək­lif edi­lən bu xid­mət tam ödə­niş­siz hə­ya­ta ke­çi­ri­lə­cək və bü­tün di­as­por təş­ki­lat­la­rı­nın on­dan ya­rar­lan­ma­sı müm­kün ola­caq".


Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur


  • SON XƏBƏR
  • TREND