Beş ayda vergi daxilolmaları xeyli artıb

06.06.2019 14:11
43
Beş ayda vergi daxilolmaları xeyli artıb


"Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" mövzusunda Bakıda keçirilən konfransda çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, bu ilin ilk 5 ayında Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları proqnozdan 286,5 milyon manat çox - 3 milyard 138 mln. manat olub.


2019-cu ilin yanvarından sosial ödənişlərin və işsizlikdən sığorta haqlarının hesabatlılığının Vergilər Nazirliyinə verildiyini xatırladan nazir müavini bu sahədən toplanmış vəsaitləri də açıqlayıb:


"Bu ilin ötən 5 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna 1 milyard manatdan çox vəsait daxil olub ki, bu da proqnozdan 130 milyon manat çoxdur: proqnoz tapşırığına isə 114 faiz əməl edilib".


Sahib Ələkbərov diqqəti bu nailiyyətlərin vergi yoxlamalarının sayının kəskin azaldığı bir şəraitdə əldə edildiyinə yönəldib:


"2018-ci ildə əvvəlki illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb (vergiler.az). Bu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə isə həmin yoxlamaların sayı daha 4 dəfəyədək azalıb".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND