Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı

09.02.2019 16:00
526
Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dünyasını dəyişib.


Ekspress.az xəbər verir ki, bu barədə BAKU.WS-ə Məmmədova yaxın şəxslər məlumat verib. Məlumata görə, keçmiş nazir Gəncədəki klinikaların birində qara ciyər serrozundan rəhmətə gedib.


Gəncə Beynəlxalq Xəstəxanasından "modern.az"a verilən məlumatda isə deyilənlər təkzib olunub.

 

Eyni zamanda bildirilib ki, fevralın 8-də xəstəxanada Məmmədov soyadlı başqa xəstə dünyasını dəyişib.

 

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov 2018-ci ilin iyununda Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb.

 

O "American Hastanesi”nin professorları Orhan Bilgə və Mustafa Kərəmin nəzarətində olub. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı. Sabiq nazir Türkiyədə olarkən səhhətinin nisbətən stabilləşdiyi dövrlərdə məşhur "Çırağan Palace”da da dincəlib. Daha sonra Azərbaycana qayıdan sabiq nazirin sonrakı müalicəsi Gəncə Beynəlxalq Xəstəxanasında davam etdirilib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND