FHN-in institut direktoru "Diqlas"a baş çəkib


29.03.2019 15:15
352
FHN-in institut direktoru "Diqlas"a baş çəkib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev yanğın baş vermiş "Diqlas" ticarət mərkəzinə gəlib.


Ekspress.az -ın məlumatına görə, Y.Nağıyev hadisənin baş verdiyi əraziyə baxış keçirib.

O, jurnalistlərin ticarət mərkəzinin nə vaxt söküləcəyi ilə bağlı sualına isə "bilmirəm, bu barədə heç nə deyə bilmərəm" cavabını verib (report).


Ekspress.az