Bölgələrə səyahət edənlər üçün hava proqnozu açıqlanıb

22.02.2019 19:36
95
Bölgələrə səyahət edənlər üçün hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Böyük və Kiçik Qafqaza səyahət edənlər üçün fevralın 23-24-də olan hava şəraitini açıqlayıb.


Ekspress.az Nazirliyə istinadən xəbər verir ki, Departamentdən şənbə və bazar günləri bölgədə hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 24-də axşam bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək, havanın temperaturu dağətəyi rayonlarda 7-12, dağlıq rayonlarda 1-6 dərəcə isti olacaq.


Lənkəran-Astara bölgəsində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 24-ü gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq, zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-13, dağlıq rayonlarda 4-8 dərəcə isti olacağı ehtimal edilir.


Aran rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir, gün ərzində temperatur 10-15 dərəcə isti olacaq.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək, zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti olacaq.


Departament paytaxta gələn qonaqların nəzərinə çatdırır ki, havanın yaxın iki gündə əsasən yağmursuz keçəcəyi gözlənilir, şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-12 dərəcə isti olacağı proqnozlaşdırılır.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND